Bakıda səhnəyə çıxmaq istəməyən məşhur türkiyəli müğənni vəfat etdi
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Son günlər ifa etdiyi "Benden sonra" mahnısı ilə məşhurluq qazanan Rıza Tamer vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilib ki, səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən müğənni bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Məlumatı onun mətbuat katibi də təsdiqləyib.
"10 dəqiqə əvvəl ölüm xəbərini aldım, şokdayam", - deyə o bildirib.
Xatırladaq ki, ötən ilin yayında Rıza Tamer Azərbaycanda konsert vermək istəyib, lakin sonradan tədbir ləğv edilib. O, Bakıda planlaşdırdığı konsertini ləğv etməyini türk lirəsinin Azərbaycanda istifadə olunmaması ilə əlaqələndirib. Onun "türk lirəsinin işləmədiyi ölkələrdə konsert verməyəcəyi" açıqlaması Azərbaycanda geniş müzakirələrə səbəb olmuşdu. Daha sonrakı açıqlamasında R.Tamer Bakıya həm konsert, həm də gəzmək üçün bir gün əvvəl gəldiklərini və ölkəmizlə bağlı heç bir problemin olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 17 Aprel 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















