Icma.az
close
up
RU
Bakıda şirniyyatda bundan istifadə olunur: BİR TİKƏSİ BELƏ TƏHLÜKƏLİDİR!

Bakıda şirniyyatda bundan istifadə olunur: BİR TİKƏSİ BELƏ TƏHLÜKƏLİDİR!

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Son vaxtlar satılan bəzi şirniyyatlarda qoz-fındıq ləpəsinin əvəzinə daha ucuz alternativ kimi araxisdən istifadə edildiyi müşahidə olunur. Araxis isə bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilən məhsullardandır. Hətta deyilənə görə, bu çərəzə allergiyası olan şəxslərdə həyati təhlükə yaradan anafilaktik şok baş verə bilər.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan allerqoloq Şahvələd Məmmədov bildirib ki, araxis çərəzlər arasında ən çox allergik reaksiya yaradan məhsullardan biridir:

“Bizim araşdırmalarımız və təcrübəmiz göstərir ki, çərəzlərin içərisində qoz-fındığı bir kənara qoysaq, ən təhlükəli allergenlərdən biri araxisdir. Araxis allergiyası insanlar arasında sıx müşahidə olunur. Hətta xəstələrə qida paneli deyilən test tətbiq edərkən daha çox müşahidə olunan allergiyalardan biri də məhz araxis allergiyasıdır. Araxis allergiyası təhlükəlidir və bəzi hallarda anafilaktik şok səviyyəsinə gətirib çıxara bilər. Bu çərəzi təkrar-təkrar bədənə daxil etdikdə orqanizmdə hipersensibilizasiya yaranır. Bu hipersensibilizasiya fonunda da anafilaktik şok dediyimiz hal yarana bilər”. pizza

Allerqoloq araxis qəbulundan sonra yarana biləcək əlamətlərdən də danışıb:

“Araxis qəbul etdikdən sonra allergik reaksiyanın ilkin əlamətlərinə burun tutulması, göz qaşıntısı, dəri səpkiləri, dəridə urtikar səpkilər, övrə, şişkinlik və nəfəs darlığı daxildir.

Allergik xəstələrə, uşaqlara və böyüklərə məsləhət görülür ki, araxisə allergiyanın olub-olmadığını araşdırmadan bu məhsulu qəbul etməsinlər”.

Ş.Məmmədov bildirib ki, şirniyyat məhsullarının tərkibində araxisdən istifadə olunması məsələsi Qida Təhlükəsizliyi Agentliyinin ekspertləri tərəfindən müəyyənləşdirilməli və aydınlaşdırılmalıdır:

“Həmin məhsullarla bağlı müəyyən xəbərdarlıqlar olunmalıdır. Ucuzluğuna görə araxis istifadəsinin imkan daxilində ləğv edilməsi daha məqsədəuyğundur.

Araxis allergiyası olan xəstələrdə sadaladığımız əlamətlərdən hansısa meydana çıxarsa, təcili həkimə və ya təcili yardıma müraciət edilməlidir.

Allergiya baş verdiyi hallarda xəstəyə müvafiq tibbi müdaxilə edilməli və antiallergik müalicə tətbiq olunmalıdır”.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri