Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun hücumçusu Ayvan Touni yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
“Cebheinfo.az” "talkSPORT"a istinadən xəbər verir ki, "Kristal Pelas" forvardı heyətinə qatmaq variantını nəzərdən keçirir.
Komanda 30 yaşlı oyunçunu qış "transfer pəncərəsi"ndə ala bilər. Futbolçunun özü də AVRO-2028-də İngiltərə millisinin heyətinə düşmək şanslarını artırmaq istədiyi üçün vətəninə dönməyə müsbət yanaşır.
Bu yaxınlarda "Kristal Pelas"ın yeni baş məşqçisi təyin olunan Tomas Frank əvvəllər "Brentford"da da Toniyə rəhbərlik edib.
Qeyd edək ki, A.Toni cari mövsümdə bütün turnirlərdə keçirdiyi 16 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" hücumçunu 20 milyon avro dəyərində qiymətləndirir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Noyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















