Bakıda və bölgələrdə TƏHLÜKƏ ANONSU Bu gün nə gözlənilir?
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 19-da Bakıda, Abşeron yarımadasında və respublikanın bir sıra bölgələrində gözlənilən güclü küləklə əlaqədar sürücülərə xəbərdarlıq edilib.
Bu barədə “Yeni Sabah”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarə olunmasını çətinləşdirə, xüsusilə iri qabaritli və qoşqulu nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yarada bilər. pizza sifarişi
Sürücülərə sürət həddini hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinmək tövsiyə olunur.
Eyni zamanda, avtomobillərin ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlanılmamasının vacibliyi vurğulanıb.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırıb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















