Icma.az
close
up
RU
Bakıda sürücünün səhvi övladının ölümünə səbəb oldu

Bakıda sürücünün səhvi övladının ölümünə səbəb oldu

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda azyaşlının öldüyü yol qəzası ilə bağlı sürücülərə müraciət edib.

İdarədən Globalinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“Təəssüf ki, hələ də azyaşlı uşağı qucaqda saxlamaqla avtomobil idarə edən şəxslərə rast gəlinir ki, bu da həm qanunazidd, həm də son dərəcə təhlükəli əməldir.

Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.

Paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq səbəbindən qəza anında düşünməyə vaxt qalmır”.

X X X

Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə ötən gün paytaxtın Zabrat qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında 2018-ci il təvəllüdlü oğlu ilə BMW markalı avtomobilin sükanı arxasına oturub.

O, avtomobili yaşadığı evin həyətində idarə etərəkən uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

Uşaq hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri