Icma.az
close
up
RU
Bakıda su problemi ən çox olan ərazilər AÇIQLANDI

Bakıda su problemi ən çox olan ərazilər AÇIQLANDI

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Paytaxt sakinlərinin illərdir üzləşdiyi içməli su təchizatı və kanalizasiya problemləri hələ də tam həllini tapmayıb. Paytaxtın bəzi ərazilərində suyun təzyiqinin az olması, tez-tez baş verən nasazlıqlar, həmçinin qanunsuz qoşulmalar nəticəsində su təchizatında yaranan çətinliklər əhali arasında narazılığa səbəb olur. Elə kanalizasiya sistemlərində də tez-tez oxşar nasazlıqlar yaşanır.

Bəs görəsən Azərbaycanda su və kanalizasiya sistemləri ilə bağlı əsas problem nədən qaynaqlanır? Hazırda ən problemli ərazilər haralardır?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda su ilə bağlı problemlər daha çox Abşeron, Binəqədi, Sabunçu, Suraxanı rayonlarında qeydə alınır.

"Bakı şəhərində içməli su və kanalizasiya xətlərində mövcud olan əsas problemlər bir neçə amillə bağlıdır. Belə ki, yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə məskunlaşma, vətəndaşlar tərəfindən primitiv üsullarla çəkilən su xətləri, bir xəttə bir neçə abonentin qoşulması halı, həmçinin bəzi ərazilərdə istismar müddətini bitirmiş infrastrukturlar mövcud şəbəkələrin həddindən artıq yüklənməsinə, su itkisinə və bəzi abonentlərin su təchizatının tam və standartlara uyğun formada həyata keçirilməsinə maneə yaradır. Qeyd olunan hallar Abşeron, Binəqədi, Sabunçu, Suraxanı kimi rayonlarda daha çox üstünlük təşkil edir", - deyə məlumatda qeyd olunub.

Qurum bildirir ki, bu kimi halların qarşısının alınması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir:

"ADSEA tərəfindən mütəmadi tədbirlər görülür. Belə ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələri tərəfindən qanunsuz qoşulmalar və ya su itkiləri ilə bağlı reydlər keçirilir. Bu zaman qanundan kənar hər hansı fakt aşkarlandıqda qarşısı alınır. Həmçinin istismar müddətini başa vurmuş su xətləri yeniləri ilə əvəz edilir. Mərkəzləşmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə genişmiqyaslı layihələr icra olunur".

Banu Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri