Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb.
Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi "Toyota" markalı avtomobilə digər nəqliyyat vasitəsi çırpılıb.
Qəza zamanı taksidə olan sərnişinlər – İran vətəndaşları Məryəm Afşari, Ayda Musa, Şakila Şafari və 2017-ci il təvəllüdlü Afza Abdullah Zadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırılaraq hospitalizasiya ediliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alanlardan üçü Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 İyul 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















