Icma.az
close
up
RU
Bakıda TDT yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilib YENİLƏNİB

Bakıda TDT yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilib YENİLƏNİB

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilib.

Tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov qeyd edib ki, Azərbaycan Türk birliyinə sədaqətini sözlə deyil, əməli işləri ilə nümayiş etdirir. “Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan TDT-nin əsas geosiyasi və iqtisadi dayaqlarından birinə çevrilib. Qəbələdə keçirilən son sammit də bunun bariz nümunəsidir. Bu təşəbbüslər mədəni, elmi və humanitar əlaqələrimizi daha da gücləndirir. TDT-yə üzv dövlətlərin Qızıl Aypara cəmiyyətlərinin rəhbərləri tərəfindən “Qırmızı Şəbəkə” platformasının yaradılması haqqında memorandumun imzalanması, vahid humanitar reaksiya mexanizmlərinin formalaşdırılmasına doğru atılan mühüm addımdır. Bu, humanitar diplomatiyanın prinsiplərinə tam uyğun, strateji əhəmiyyət daşıyan bir qərardır. “Qırmızı Şəbəkə” humanitar dəyərlər, həmrəylik və qarşılıqlı dəstək prinsipləri üzərində qurulur. Biz əməkdaşlığımızı daha da gücləndirmək niyyətindəyik. Çünki bizim üçün ən böyük güc insanlığa xidmət etməkdir”,- deyə N. Aslanov əlavə edib.

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov bildirib ki, regionda və beynəlxalq arenada cərəyan edən geosiyasi transformasiyalar fonunda TDT-nin birgə strateji düşüncə və ortaq fəaliyyətinə əsaslanan mexanizmlərin qurulması heç vaxt olmadığı qədər önəm kəsb etməkdədir. “Qısa müddət ərzində əsaslı inkişaf yolu keçmiş TDT-də hazırda 40-dan artıq sahə üzrə müxtəlif əməkdaşlıq formatları mövcuddur. Türk Qırmızı Şəbəkəsi TDT məkanında humanitar həmrəyliyin gücləndirilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi və koordinasiyanın təmin olunması məqsədilə formalaşdırılıb. Təsis edildiyi dövrdən etibarən şəbəkənin fəaliyyəti TDT çərçivəsində daim diqqət mərkəzində saxlanılıb. Hesab edirik ki, Türk Qırmızı Şəbəkəsinin fəaliyyəti yalnız fövqəladə hallara operativ reaksiya göstərilməsi ilə məhdudlaşdırılmamalıdır, şəbəkə türk dövlətlərinin humanitar hüququnu beynəlxalq səviyyədə nümayiş etdirən vasitə kimi də çıxış edə bilər. TDT-nin sədri kimi Azərbaycan tərəfindən Türk Qırmızı Şəbəkəsinin fəaliyyətinə bundan sonra da hərtərəfli dəstək göstəriləcək", - deyə S.Şərifov vurğulayıb.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qeyd edib ki, bu sahədə əsas nailiyyətlərdən biri mülki müdafiə mexanizminin formalaşdırılmasıdır. “Mexanizm fövqəladə hallarda çevik və effektiv reaksiya vermək imkanlarımızı daha da gücləndirir. Biz, eyni zamanda, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu, gələcək fəaliyyətimizə yeni töhfələr verəcək. Mövcud geosiyasi vəziyyətdə sülh və sabitlik daha da həssas xarakter daşıyır. Üstəlik, iqlim dəyişikliyinin dağıdıcı təsirləri artıq daha açıq şəkildə hiss olunur. Bu şəraitdə “Qırmızı Şəbəkə” platformasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət türk xalqlarının əsrlər boyu formalaşmış səxavət və mərhəmət prinsiplərinə tam uyğundur. Ehtiyacı olanlara yardım etmək bizim əcdadlarımızdan miras qalan milli kimliyimizin ayrılmaz hissəsidir. Biz bunu Qarabağ müharibəsi dövründə, eləcə də Türkiyədə baş vermiş zəlzələ zamanı nümayiş etdirdik. Düşünürəm ki, bugünkü tədbir ölkələrimiz arasında humanitar əməkdaşlıqda əsl dönüş nöqtəsi olacaq”, - deyə Baş katib vurğulayıb.

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmazın sözlərinə görə, birgə təlimlər təşkil edilə, xüsusi mübadilə proqramları həyata keçirilə, sənədli təlim modulları hazırlana və rəqəmsal həllər tətbiq edilə bilər. Bu, əməliyyat potensialını artırmaqla yanaşı, həm də institusional əlaqələri daha da gücləndirəcək: "İqlim dəyişikliyi və rəqəmsallaşma kimi qlobal əhəmiyyətli məsələlər bütün işlərimizə sistemli şəkildə inteqrasiya olunmalıdır. Bu mövzular artıq sadəcə dəstəkləyici elementlər deyil, əsas fəaliyyətlərimizin ayrılmaz hissələrinə çevrilib. Gələn il Türkiyədə keçiriləcək TDT Dövlət Başçılarının Zirvə Görüşü bizə tarixi bir fürsət təqdim edir. Zirvə Görüşü üçün ortaq humanitar mövqenin hazırlanması Türk dünyasında humanitar həmrəyliyin gücləndirilməsi, fəlakətlərə birgə hazırlıq aparılması və könüllülüyün təşviq olunması kimi məsələlərin TDT Dövlət Başçılarının Zirvə Bəyannaməsinə daxil edilməsini təmin edəcək. Həmin yanaşma şəbəkəmizin vizyonunu həm regional, həm də qlobal miqyasda görünən edəcək və humanitar dəyərlərimizi ortaq iradə ilə yüksək səviyyəyə çatdırmaqda mühüm rol oynayacaq. Bilirik ki, birlikdə hərəkət etdikdə bu sahədəki effektivliyimizi artırırıq. Bugünkü danışıqlar təkcə 2026-cı il gündəliyimizi deyil, həm də şəbəkəmizin 2026-2030-cu illər mərhələsini formalaşdıracaq strateji istiqaməti müəyyənləşdirəcək".

Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin və Türk Qırmızı Şəbəkəsinin prezidenti Çingiz Cakipov isə “Qırmızı Şəbəkə” platformasının yaradılmasının olduqca vacib olduğuna diqqət çəkib: “Bizim qarşılıqlı əməkdaşlığımız, aktiv və davamlı münasibətlərimiz birliyimizin gücünün və bir-birimizə olan sadiqliyin ən bariz göstəricisidir. Bu əməkdaşlıq həm humanitar sahədə, həm də beynəlxalq miqyasda ortaq mövqeyimizin daha da möhkəmləndirilməsinə xidmət edir”.

Onun sözlərinə görə, aparılan işlər və əldə olunan nəticələr göstərir ki, bu istiqamətdə səylər daha da artırılmalıdır. “Məhz buna görə “Qırmızı Şəbəkə”nin yaradılması böyük strateji əhəmiyyət daşıyır. Bu şəbəkə bizə həmrəylik prinsipləri əsasında daha koordinasiyalı fəaliyyət göstərməyə, fövqəladə hallarda sürətli və təsirli reaksiya verməyə imkan yaradacaq. Əminəm ki, bu platforma Türk dünyasının humanitar dəyərlərinin güclənməsinə, yardımlaşma ənənələrinin davam etdirilməsinə və bütün regionda sabitliyə töhfə verəcək”, - deyə Çingiz Cakipov əlavə edib.

Daha sonra iclasda 2025-ci il üzrə fəaliyyətlərin yekun icmalı aparılıb, həmçinin 2026-cı il üçün strateji istiqamətlər müəyyənləşdirilib.

Qeyd edək ki, TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası çərçivəsində Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsi imzalanıb. İmzalanan sənəd üzv ölkələrin Milli Cəmiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və humanitar həmrəyliyi təsdiq edir. Bəyannamə bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, birgə humanitar layihələrin həyata keçirilməsini, fövqəladə hallara koordinasiyalı reaksiya imkanlarının artırılmasını və regional həmrəyliyin daha da möhkəmləndirilməsini nəzərdə tutur.

Onu da bildirək ki, ötən il Bişkek şəhərində keçirilən görüş zamanı Türk dövlətlərinin Qızıl Aypara cəmiyyətlərinin qərarı ilə “Qırmızı Şəbəkə” platforması təsis olunub və sədrlik Qırğızıstan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilib. Bu il təşkil edilən növbəti görüşdə isə sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see250

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see206

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see184

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see145

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see137

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see136

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see132

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see130

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see120

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri