Icma.az
close
up
RU
Bakıda tələbə yataqxanaları: QİYMƏTLƏR NEÇƏYƏDİR? ARAŞDIRMA

Bakıda tələbə yataqxanaları: QİYMƏTLƏR NEÇƏYƏDİR? ARAŞDIRMA

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bugünkü gündə tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Paytaxt ərazisində evlərin kirayə qiymətlərindən isə hər birimiz xəbərdarıq. Kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar. Bəs Bakıda yerləşən universitetlərin hamısının yataqxanası varmı? Yataqxanalar təhsilalanlara hansı şərtlərlə verilir?

Lent.az universitetlərin tələbə yataqxanaları ilə bağlı araşdırma aparıb.

Bakı Dövlət Universitetinin sorğumuza cavab olaraq bildirilib ki, BDU-nun müasir standartlara cavab verən "Tələbə evi"ndə hər bir şərait var:

Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. "Tələbə evi" universitetə 1-2 dəqiqəlik məsafədə yerləşir. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş haqqı bir nəfər üçün 75 manatdır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) verilən məlumata görə, tələbələrin yaşayışı üçün nəzərdə tutulan 5 binalı kompleks bu gün tam gücü ilə tələbələrə xidmət göstərə bilmir:

“Bunun səbəbi isə 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma el-obalarından didərgin düşən vətəndaşlarımızın digər universitetlərdə olduğu kimi AzMİU-nun da yataqxanalarında məskunlaşmasıdır. Kompleksin 4 binası uzun illər onların istismarında olub. Yalnız bir bina tələbələrin ixtiyarındadır ki, burada da 450-yə yaxın tələbə yerləşdirmək mümkündür”.

Məlumatda qeyd edilib ki, binada tələbələr üçün bütün şərait yaradılıb:

“Yataqxanamıza tələbələrin marağı çox yüksəkdir. 50 AZN təşkil edən aylıq ödəniş isə digər universitetlərin yataqxana qiymətləri ilə müqayisədə kifayət qədər rəqabətədavamlıdır. Bu məbləğ yataqxananın təsərrüfat xərclərinin qarşılanmasına, tələbələrin internet, çamaşırxana xidmətlərinə sərf olunur. Bununla belə, tələbələrin təxminən 20-25%-i şəhid və qazi ailələri, müharibə veteranları və xüsusi həsas qrupa daxil olanlardır ki, onlar ödənişdən azad edilib”.

AzMİU tərəfindən bir nüans da diqqətə çatdırılıb ki, hansısa tələbənin ödəniş imkanı olmadıqda yataqxanadan çıxarılmır:

“Belə halda tələbə ərizə yazaraq rektora müraciət edir və onun ödənişi keçici olaraq universitetin ictimai təşkilatları vasitəsilə ödənilir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil müəssisəsinin 320 nəfərlik yataqxanası fəaliyyət göstərir:

“Yataqxanada həm yerli, həm də əcnəbi tələbələr qalır. Bir otaqda 2 və ya 3 nəfər qala bilir. 2 nəfər qaldıqda hər biri 50 manat, 3 nəfər qaldıqda isə hər biri 34 manat ödəniş edir. Orta təmirli olan yataqxanamızın yeni korpusunun inşa edilməsi ilə bağlı danışıqlar aparılır”.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, universitetin 5 yataqxanası var:

"Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə biləcək".

Hazırda Azərbayacan Tibb Universitetində 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb:

“Yataqxanaların ümumi tutumu 1000 nəfərə yaxındır.1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prossesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 azn, 2 nəfərlik otaqlar ayda 80 azn, 3-4 nəfərlik otaqlar isə 60 azn təşkil edir”.

Verilən açıqlamada həmçinin bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir:

“Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

Azərbaycan Dillər Universitetindən isə əməkdaşımıza bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub, 205 nəfərlikdir, xidmət haqqı 30 manat təşkil edir:

"Oğlanlar üçün isə 1 saylı yataqxana məcburi köçkünlər yerləşdirildiyi üçün hazırda tələbələr üçün fəaliyyət göstərmir. Lakin oradakı ailələr doğma yurda qayıtdıqdan sonra yataqxana təmir olunaraq tələbələrin istifadəsinə veriləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri