Icma.az
close
up
RU
Bakıda tələbədən ŞOK ƏMƏL: tanımadığı evin tualetinə girdi, qızılları oğurladı

Bakıda tələbədən ŞOK ƏMƏL: tanımadığı evin tualetinə girdi, qızılları oğurladı

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda qeyri-adi oğurluq olub.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

22 yaşlı Qurban Babayev (ad və soyad şərtidir) küçədə sərxoş halda gəzərkən qəfil qarın ağrısı tutub və o, təbii ehtiyacını ödəməyə yer axtarıb. Evlərdən birinin qapısında açarı üzərində olan qıfıl görüb. Həmin evdə isə adı məlum olmayan qadın tək yaşayırmış. O, rahatca evə daxil olub təbii ehtiyacını bitirəndən sonra, 400 manat dəyərində olan qızıl boyunbağını da götürərək aradan çıxıb.

Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış yerinə, binaya və s. qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Qurban Babayev ifadəsində bildirib ki, həmin gecə restoranda dostları ilə birgə spirtli içki qəbul edərək, sərxoş olub. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini deyib. Həmçinin Qurban məhkəmədən tələbə olmasını da nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş edib.

 Zərərçəkən şəxs isə deyib ki, səhər saat 5 radələrində evə kiminsə daxil olduğunu hiss etsə də, qorxusundan səsini çıxarmayıb:

“Həmin şəxs evdə axtarış apardı. O, bir müddət evdə qalandan sonra telefonuna zəng gəldi və mənzildən çıxıb getdi. Sonra qızıl yerinə baxanda gördüm ki, 400 manat dəyərində qızıl qolbağım və boyunbağım yoxdur. Atamın sözü ilə polisə şikayət etdim. Lakin sonradan dəyən ziyan tam ödənildi”.

Zərərçəkən qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini istəyib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Qurban Babayev barəsində 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri