Icma.az
close
up
RU
Bakıda tramvay geri qayıda bilər: Növbəti 5 ilin nəqliyyat planı açıqlandı

Bakıda tramvay geri qayıda bilər: Növbəti 5 ilin nəqliyyat planı açıqlandı

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ekspert: “Bakı üçün dairəvi metro xətti həyati əhəmiyyət daşıyır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində dövlət siyasətinin bütün istiqamətlərini dəqiqliyi ilə ifadə etdi və prioritetləri də vurğuladı. Təbii ki, sosial proqramlar dövlət siyasətinin daim əsasını təşkil edib. Prezident də müsahibəsində bu məsələyə yer ayırdı, icra edilən və icrası gözlənilən layihələri diqqətə çatdırdı. Bu layihələr arasında paytaxt Bakı və regionlarda həyata keçiriləcək infrastruktur layihələri önəm daşıyır. Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əsas diqqət metro şəbəkəsinin genişləndirilməsi və ictimai nəqliyyatın inkişafına yönəldilib. 10 yeni metro stansiyasının tikilməsi, əlavə depo və mövcud stansiyaların optimallaşdırılması planlaşdırılır, həmçinin elektrobuslar və velosiped zolaqları ilə mikromobilliyin təşviqi nəzərdə tutulur. 

İnfrastruktur layihələrinin önəmini vurğulayan nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev “Şərq”ə açıqlamasında gözlənilən yeniliklər barədə məlumat verdi: 

- Bildiyimiz kimi, Bakıda tıxac problemi var və bu məsələ geniş müzakirə olunur, insanlarda da ciddi narahatlıq yaradır. Digər tərəfdən, şəhərdə ən dəyərli resurs torpaqdır və ondan səmərəli istifadə olunması vacibdir. Əsas məsələ odur ki, Bakıda indiyədək tikilən infrastruktur vacib olsa da, yalnız avtomobil yolları çəkməklə və ya bir qovşaq inşa etməklə tıxac problemini həll etmək mümkün deyil. Hazırda Bakıda “rəqəmsal əkiz” adlanan bir alət formalaşıb. Fərqli mənbələrdən məlumatlar toplanır və bu məlumatlar əsasında vahid, data əsaslı qərarlar vermək mümkün olur. Hər hansı layihə icra olunmazdan əvvəl həm mikro, həm də makro səviyyədə simulyasiya edilir; konkret bir kəsişməyə necə təsir edəcək, şəhərin ümumi yol şəbəkəsinə necə təsir göstərəcək. Burada təkcə yol tikintisi layihələri deyil, eyni zamanda avtobus zolaqları, mikromobillik zolaqları, işıqfor fazaları və digər yol elementləri də nəzərə alınır. Bütün bunlar rəqəmsal əkizdə birləşdirilir və bundan sonra layihələrin icrasına başlanılır.

Mütəxəssis bildirdi ki, bu layihələrin nəticələri şəhərdə müşahidə edilir artıq: 

- Mikromobillik zolaqlarının uzunluğu 47 kilometrə çatıb, paralel olaraq velosiped icarəsi və dayanacaqları təşkil olunub. İstifadəçilərin sayı durmadan artır, skuter və həm elektrikli, həm də adi velosipedlərdən istifadə genişlənir. Avtobus zolaqlarının ümumi uzunluğu isə 112 kilometrdir. Bunun nəticəsində avtobusların orta sürəti artıb, eyni zamanda sərnişin sayı da yüksəlib. Bunlar daha tez nəticə verən həllərdir. Mövcud yollar saxlanılaraq zolaqlar yenidən təşkil olundu, transformasiya edildi və yeni reallıq formalaşdı. Lakin böyük şəhərlərdə mobilliyin əsas onurğa sütunu relsli nəqliyyatdır, yəni metro mobillik anlayışının əsasını təşkil edir. Metro artıq 58 ildir fəaliyyət göstərir. Hazırda 27 stansiya və təxminən 40,7 kilometr uzunluğunda xətt mövcuddur. Halbuki şəhər daha sürətlə böyüyüb, stansiyaların və xətlərin sayının artırılmasına ehtiyac var. Cənab Prezidentin də müsahibəsində qeyd olunduğu kimi, əlavə 10 stansiyanın tikintisi nəzərdə tutulur. Bu, düşünürəm ki, bir başlanğıcdır və davamı mütləq gəlməlidir. Bakı kimi bir şəhər üçün dairəvi metro xəttinin olması son dərəcə vacibdir. Digər tərəfdən, metro funksiyasını daşıyan 145 yaşlı dəmir yolu şəbəkəmiz var. Bu sahəyə yatırımlar artırılmalı, köhnə şəbəkə bərpa edilməli, qatarların sayı artırılmalıdır ki, insanlara real alternativ təqdim olunsun. Eyni zamanda, vaxtilə mövcud olmuş tramvay sisteminin yenidən qaytarılması da müzakirə edilir. Bunlar yaxın 5 il ərzində mərhələli şəkildə icra olunacaq layihələrdir və şəhərin bugünkü reallığına ciddi təsir göstərəcək.

R.Ağamirzəyev qeyd etdi ki, yol infrastrukturu baxımından da Bakı yarımadada yerləşdiyindən yarımdairəvi sürətli yolun tamamlanması vacibdir: 

- Hazırda Biləcəri–Sabunçu–Ramana istiqaməti hələ tam başa çatmayıb və bu səbəbdən şəhərə əsas trafik yükü Ziya Bünyadov prospektinə düşür. Bu yarımdairəvi yol dövlət proqramında da nəzərdə tutulub və icrası sürətləndirilməlidir. Layihənin bir hissəsi hələ 2007-ci ildə başlanmışdı. Koroğlu–hava limanı–Mərdəkan–Buzovna–Bilgəh hissəsi 2014-cü ildə tamamlandı, Kürdəxanı istiqamətində isə işlər dayandı. Son illərdə layihə yenidən bərpa olunub və hazırda Pirşağı, Xırdalan, M1 və M4 istiqamətlərində davam etdirilir. Bu yol şimaldan və qərbdən gələn nəqliyyatın şəhərə daxil olmadan, 20 Yanvar dairəsini keçmədən birbaşa hava limanına çıxışını təmin edəcək. Bu, 20 Yanvar ərazisinə ciddi təsir göstərən layihələrdən biridir və bu ilin ilk rübündə bir hissəsinin tamamlanması nəzərdə tutulur. Bundan əlavə, Biləcəri–Binəqədi–Sabunçu, eləcə də Biləcəri–İçərişəhər–Dərnəgül istiqamətləri də şəhər trafikinə ümumi təsir göstərir. Şəhərin giriş nöqtələrində “park et, səfəri ictimai nəqliyyatla davam et” modeli tətbiq olunmalıdır. Eyni zamanda, şəhərin mərkəzi hissəsi o qədər də böyük deyil və dövlət proqramında piyada infrastrukturu ilə bağlı xüsusi bənd mövcuddur. Düşünürəm ki, 2030-u gözləmədən, artıq 2026-cı ildə bu məsələyə sürətlə yanaşmaq və ciddi diqqət yetirmək vacibdir. İnfrastrukturun bir hissəsi 2026-cı ildə sürətlə inkişaf etdirilməlidir. Dövlət proqramında bu məsələ üçün 2025–2030-cu illər nəzərdə tutulsa da, 2025-ci ildə faktiki olaraq heç bir iş görülməyib. Buna görə də 2026-cı ildə bu məsələyə daha ciddi yanaşılmalıdır. 

Mütəxəssis vurğuladı ki, bu il həm də “Şəhərsalma ili”dir və Bakıda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. Hər beynəlxalq tədbir ölkəmizə və şəhərlərimizə real fayda verməlidir: 

- Biz azmobilli insanların ehtiyaclarını da nəzərə alaraq səkiləri inklüziv və əlçatan etməliyik. Dayanacaqların əlçatan məsafədə təşkili yönündə iş görülməlidir. İndiki vəziyyət o qədər də qənaətbəxş deyil, məsafələr uzundur. Bununla yanaşı həmçinin həmin dayanacaqlara keçmək üçün, yolun bir tərəfindən digərinə keçmək üçün qısa keçidlərin – “zebra”ların sayı artırılmalıdır. Piyada infrastrukturu fasiləsiz, davamlı olmalı, baryerlər aradan qaldırılmalıdır və bu işlər mərhələli şəkildə, lakin sürətlə icra edilməlidir. Bütün bu layihələr insanların gündəlik hərəkət vərdişlərinə təsir edəcək. Əgər biz yalnız avtomobil yollarına üstünlük veririksə, bu avtomobilləşməni stimullaşdırır. Amma son 1–2 ildə avtobus və mikromobillik zolaqları yaradıldıqdan sonra insanların bu alternativlərə meyli artıb. Piyada infrastrukturu yaxşılaşdırıldıqca insanlar daha çox piyada hərəkət etməyə üstünlük verəcək. Bu isə son dərəcə vacibdir, çünki sağlamlıq məsələsidir. Ürək-damar xəstəliklərinin artmasının səbəblərindən biri də hərəkətsiz həyat tərzidir. İnsanların hərəkət etməməsinin əsas səbəbi isə hərəkət üçün şəraitin olmamasıdır. Yəni bu sahədə atılacaq addımlar təkcə nəqliyyat problemini deyil, eyni zamanda ictimai sağlamlıq məsələsini də həll etmiş olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri