Bakıda uduzan Nazim susqunluğunu elə bir sözlə pozdu ki...
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda keçirilən UFC turnirində ilk raundda texniki nokautla məğlub olan təmsilçimiz Nazim Sadıxov azarkeşlərinə müraciət edib.
Fanat.Az xəbər verir ki, görüşün vaxtından əvvəl saxlanılmasına münasibət bildirən idmançı, referinin qərarı ilə razılaşmadığını və döyüşün lazım olduğundan tez dayandırıldığını qeyd edib:
“Görmədiyim çox yaxşı bir zərbə aldım və özümə gəlmək üçün mənə bir fürsət verilməli idi. Keçən il bundan qat-qat ağır zərbələr aldım, toparlandım və nəticədə hamının yadda qalan möhtəşəm bir döyüşü alındı. Məncə, hamımız qanlı və yadda qalan başqa bir döyüş izləmək fürsətindən məhrum olduq”.
Uduzmasına baxmayaraq, doğma məkanda vuruşmağın xüsusi hiss olduğunu vurğulayan Sadıxov, ona dəstək olan Azərbaycan xalqına və azarkeşlərə ürəkdən təşəkkür edib. Cari nəticə ilə barışdığını və rəqib komandanı təbrik etdiyini deyən təmsilçimiz, bu məğlubiyyətin onun üçün son olmadığını və oktaqona daha güclü şəkildə qayıdacağını sözlərinə əlavə edib.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 29 İyun 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















