Icma.az
close
up
RU
Bakıda yaşıl enerji ilə işləyən nəqliyyat sisteminə keçid mümkündür? MÜTƏXƏSSİS REAL VƏZİYYƏTİ AÇIQLADı FOTO

Bakıda yaşıl enerji ilə işləyən nəqliyyat sisteminə keçid mümkündür? MÜTƏXƏSSİS REAL VƏZİYYƏTİ AÇIQLADı FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı çağırışların artdığı bir dövrdə bir çox ölkələr "sıfır tullantı" prinsipi ilə işləyən nəqliyyat vasitələrinin tətbiqinə xüsusi önəm verir. Bu texnologiyalar, həmçinin yaşıl enerji ilə dəstəkləndikdə, şəhər mühitində hava keyfiyyətinin yaxşılaşmasına və karbon emissiyalarının azalmasına ciddi töhfə verir. Bu baxımdan Azərbaycanda da ekoloji nəqliyyat vasitələrinin yayılması gündəmdədir.

Bəs ekoloji nəqliyyat və yaşıl enerji kontekstində "sıfır tullantı" prinsipi ilə işləyən nəqliyyat vasitələrinin Azərbaycanda tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı avtomobillər üzrə mütəxəssis Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, sıfır tullantı prinsipi ilə işləyən avtomobillərin Azərbaycanda tətbiqinə şərait var:


“Əgər biz hazırda bu prinsipi həyata keçirən Avropa ölkələrinə baxsaq, görərik ki, əvvəllər orada da tıxaclar Azərbaycandakından daha çox olub və orada da şəhərlərdə avtomobil tüstüsündən əziyyət çəkiblər. Bunun üçün nələr olmalıdır və o işlərin bir hissəsi hal-hazırda görülür.

Birincisi, sıfır tullantı dedikdə bu, velosipedləri nəzərə ala bilərik, skuterləri nəzərə ala bilərik. Hal-hazırda şəhərdə bunlar üçün yol şəbəkəsi hazırlanır. Bu şəbəkə aydındır ki, hələ o qədər də inkişaf etməyib, amma inkişafı yavaş-yavaş görünür. İkincisi, nəqliyyat vasitələrinə gəldikdə, avtomobillərə gəldikdə isə bu, elektromobillərdir.
Elektromobillərin Azərbaycanda sayının çoxalması üçün aydındır ki, bəzi problemlər var. Problemlərdən biri ondan ibarətdir ki, stansiyalar hələ çox yerdə yoxdur. Amma hal-hazırda stansiyaların gətirilməsi, verginin ləğv olunması buna gətirib çıxarır ki, bəzi investorların marağı artır və onlar hal-hazırda bu sahədə işlər görürlər”.
Mütəxəssis əlavə olaraq qeyd edib ki, tam sıfır olmayan hibrid avtomobillərə və elektromobillərə tətbiq olunan gömrük güzəştləri bu avtomobillərin Azərbaycanda sayının artmasına səbəb olur:

“Ekoloji təmizliyi bərpa etmək üçün utilizasiya proqramında ekoloji cəhətdən çox zərərli olan, tutaq ki, dizel avtomobillərinə verilən rüsumun miqdarının artırılması lazımdır.
Yəni, avtomobillər ekoloji təsirlərinə görə fərqləndirilməlidir. Əgər hansısa avtomobilin ekoloji təsiri daha çoxdursa, ekoloji problem yaradırsa, onlara tətbiq olunan rüsum bir qədər yüksək olmalıdır. Bir də elektromobillər üçün Avropada tətbiq olunan bəzi güzəştlər var ki, onları da tətbiq etmək mümkündür. Məsələn, parklamadan pulsuz istifadə etmək, bəzi yollardan və bəzi saatlarda avtobus zolaqlarından istifadə edə bilmək. Bunların həll olunması düşünürəm ki, yaxşı olar.

Bir də biz Azərbaycanda elektromobilləri “sıfır tullantılı” saymağımız üçün, Azərbaycanda elektrik enerjisinin bərpa olunan mənbələrdən əldə olunması vacibdir. Bu sahədə də respublikada işlər görülür və düşünürəm ki, bu da yaxın zamanda mümkün olacaq. Amma hal-hazırkı situasiyada belə alınır ki, əgər biz elektromobili Bakıda sürürüksə, bu o deməkdir ki, onun tüstüsü istilik elektrik stansiyalarından çıxır.

Bu, Mingəçevir İstilik Elektrik Stansiyası da ola bilər, Şirvanda yerləşən elektrik stansiyaları da ola bilər. Bu tullantıların şəhərdə azalmasına səbəb olur. Amma ümumilikdə götürdükdə bu tullantılar yenə də mövcuddur.

Azərbaycanda sıfır tullantı prinsipi ilə nəqliyyat vasitələrinin tətbiqi günü-gündən artacaq”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri