Icma.az
close
up
RU
Bakıdakı dünya çempionatına təyinat alan çexiyalı hakim: Bu, karyeramın ən böyük nailiyyətidir EKSKLÜZİV

Bakıdakı dünya çempionatına təyinat alan çexiyalı hakim: Bu, karyeramın ən böyük nailiyyətidir EKSKLÜZİV

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 aprel, AZƏRTAC

Dünya çempionatının Azərbaycanda keçiriləcəyini öyrənəndə ölkəniz adına çox sevindim. Azərbaycanlıların minifutbola nə dərəcədə həvəsli olduqlarını bilirəm. Biz bir-birimizi klub və milli komanda yarışlarından tanıyırıq. Ona görə də bunun ölkəniz üçün çox şey ifadə etdiyinin fərqindəyəm. Mən də Azərbaycanı minifutbolda yüksək səviyyədə inkişaf edən ölkə kimi qiymətləndirirəm və bunun prosesə daha çox kömək edəcəyinə inanıram.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına təyinat alan çexiyalı hakim Tomaş Sikora deyib.

O, Bakıya ikinci dəfə səfər edəcəyini və buna görə çox şad olduğunu bildirib: “İlk dəfə 2023-cü ildə Bakıda xatirə turnirində ədaləti qorumuşam. Bu, indiyədək beynəlxalq səviyyədə təyin olunduğum ən yaxşı yarışlardan biri idi. Heyətlərdən, arenadan, atmosferdən, tamaşaçılardan, eləcə də oyunların keyfiyyətindən çox razı qaldım. Şadam ki, dünya çempionatı kimi mötəbər tədbir üçün yenidən Azərbaycana səfər edəcəyəm”.

Referi mundialın matçlarına təyinat almasını karyerasında indiyədək əldə etdiyi ən böyük nailiyyət hesab edib: “Turnirin Azərbaycanda təşkil olunacağını öyrənəndə təyinat üçün daha çox çalışmalı olduğumu dərk edirdim. Çempionatda vahid şəkildə çalışacaq hakimlərdən ibarət çox güclü komanda olacaq. 14 referinin hər birinin keyfiyyəti həqiqətən də yüksəkdir. Onlarla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm. Minifutbol üzrə ən nüfuzlu turnirin qarşılaşmalarını idarə etmək şərəfinə nail olmuşam və dünya arenasında idarəçilik qabiliyyətimi ən yaxşı şəkildə göstərmək istəyirəm”.

T.Sikora minifutbol üzrə Çexiya milli komandasından gözləntilərini də bölüşüb: “Çexiyada məşqçi və idarəetmə baxımından irəliləyiş var. Onlardan mundialda addım-addım irəliləmələrini, keyfiyyətli və baxımlı oyun nümayiş etdirmələrini və mümkün qədər yüksək pillələrdə yer almalarını, bir sözlə, ölkəmizi layiqincə təmsil etmələrini gözləyirəm. İnanıram ki, yığmamız ümidləri doğruldacaq”.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri