Icma.az
close
up
RU
Bakıdakı tıxaclara qarşı yeni addım

Bakıdakı tıxaclara qarşı yeni addım

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə dövlət qurumlarında fərqli iş qrafiklərinin tətbiqi sınaqdan keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etdiyi təklifə əsasən, 15 sentyabr 2026-cı ildən etibarən 2 ay müddətində bütün dövlət orqanlarında, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərdə, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərdə üç müxtəlif iş rejiminin tətbiqi nəzərdə tutulur.
Təklifdə işçilər ən azı 30 faiz olmaqla aşağıdakı iş qrafikləri üzrə bölüşdürüləcək:
08:00–17:00
09:00–18:00
09:30–18:30
Test müddətində iş qrafiklərinin Bakı şəhərində nəqliyyat sıxlığına təsiri də qiymətləndiriləcək. Bunun üçün aidiyyəti dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən monitorinq aparılması təklif olunur. Nazirlər Kabineti tərəfindən təklif qəbul edilib.
Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiqi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdəndir. Proqramın müvafiq bəndində dövlət orqanları, təhsil və tibb müəssisələri, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə uyğun təşkil edilməsi tapşırılıb. Nazirliyin təklifində işçilərin əmək funksiyalarının imkan verdiyi hallarda hibrid və distant iş formasının tətbiqi, özəl müəssisələrə isə iş vaxtı rejimlərini yeni qrafiklərə uyğunlaşdırmağın tövsiyə edilməsi də nəzərdə tutulur. Hazırda bəzi dövlət qurumlarında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Bakı Metropoliteni” QSC-də dəyişkən iş qrafiki tətbiq edilir.
Nazirlik hesab edir ki, yay tətili və məzuniyyət dövrünün başa çatması ilə sentyabr ayından test rejiminə başlanılması daha real nəticələrin əldə edilməsinə imkan verəcək. İki aylıq sınaq müddətinin nəticələri təhlil edildikdən sonra dəyişkən iş qrafiki tətbiq ediləcək qurumların yekun siyahısının hazırlanması və mərhələli keçidin təmin edilməsi nəzərdə tutulur.\\musavat.com
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri