BAKIDAN UÇAN TƏYYARƏ AKTAUDA BELƏ QƏZAYA DÜŞÜB: 6 nəfər ağır yaralanıb, qalanları haqda məlumat verilmir (VİDEO, Yenilənib)
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Qazaxıstan mənbələri qəzanın videosunu yayıb.
Mia.az xəbər verir ki, videodan görünür ki, qəza enişi zamanı təyyarə partlayıb.
Bildirilib ki, qəzadan 6 sərnişin ağır yaralı qurtulub.
Digərləri haqda məlumat verilmir.
***
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Mia.az AZAL-a istinadla xəbər verir ki, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumata görə, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Qeyd olunur ki, təyyarə AZAL-a məxsusdur.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 25 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















