Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Bakını erməniləşməkdən xilas edən Nəriman Nərimmanov Onu necə aldatdılar?

Bakını erməniləşməkdən xilas edən Nəriman Nərimmanov Onu necə aldatdılar?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovun doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Müstəqillik illərinə yenidən qədəm basan Azərbaycanda bütün ideallar düzgün tənzimlənmədi, canını millətinə qurban edən bəzi şəxsiyyətlər küçümsündü, Sovetin çörəyini bəh-bəhlə yeyərkən milli qüruru zərrə qədər də narahat olmayan şəxslərin adı bu gün də sonsuz rəğbətlə anılmaqdadır.

Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, ictimai xadim Nəriman Nərimanovdur.

Nəriman Nərimanov sosializm bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi.


Qarşıda bir neçə yol var, ölkədən qaçmaq, fərdi mübarizə aparıb həbs olunmaq, susmaq və bir də, bütün bacarıqlarını səfərbər edib son ana qədər millətinin xilasına çalışmaq. Nüfuzundan istifadə edərək, sonuncunu seçdi və Lenin qarşısında bəzi öhdəliklər götürdü, Lenin də öz növbəsində Şərqlə bağlı qərarlarında Nərimanovla hesablaşdı.

N.Nərimanov Xalq Komissarları Sovetinin sədri vəzifəsində olarkən Rusiya və mərkəzin iddialarına qarşı durub, bolşevizm şəraitində Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına inanıb və bu yolda aktiv fəaliyyət göstərib.

Gün gəlir, artıq mərkəz Nərimanova verdiyi sözlərə xilaf çıxmağa başlayır. Əks halda Nərimanov Leninə yazdığı məktubları günü-gündən kəskinləşdirməzdi. Leninlə bu müstəvidə danışan ikinci Azərbaycanlı çətin ki, tapıla:

"Vladimir İliç! Çoxmillətli əhalinin hüququ və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?"

Digər bir məktubunda isə o Leninə belə bir sual verir: Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdırmı?”

Nərimanov SSRİ rəhbərliyində təmsil olunmasaydı, çox güman ki, keçdiyi bütün vəzifələrdə onun yerində erməni dövlət xadimi əyləşəcəkdi. Belə olduqda isə Azərbaycan üçün nəticələri təsəvvür etmək belə qorxuludu.

1918-ci ildə Bakıda ermənilərin şəhəri ələ almaq cəhdlərini qarşısının alınmasında Osmanlı ordusu xidmət göstərmişdisə, Sovet işğalından həmən sonra bu işi görən, Bakının əsl simasını ermənilərdən qoruyan, onu bir müsəlman, şərq şəhəri kimi saxlayan Nəriman Nərimanov oldu.

Nərimanov Stalinə məktubunda yazırdı ki, Bakını erməniləşdirmək planı var və bunun qurucusu məhz Mikoyandır:

“Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və dəqiq hesablanmış bütöv bir plandır. Lakin elə işimin ilk günlərindən açıq deyirəm: bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir. Cənubi Qafqazın keçmişi, xüsusilə 18-ci ildə Bakıdakı vəziyyət bu məsələ üzərində düşünməyə məcbur edir”.

N.Nərimanov digər bir məktubunda Leninə mərkəzin siyasətindən narazı olduğunu bildirir:

Əgər qısa bir müddətdə mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm”.


Nərimanov Qarabağın Azərbaycan tərkibində qalmasında misilsiz xidməti olub. Qarabağ mövzusunu dəfələrlə, son anda ermənilərin lehinə səs verən komisiyaların müzakirəsindən çıxara bilib.

Nərimanov 1921-ci il iyul ayının 19-da keçirilən iclasda deyir:

"Sovet Konstitusiyası çərçivəsində vilayət icraiyyə komitəsi başda olmaqla daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaq”.

N.Nərimanov sonralar bu məsələ ilə bağlı Stalinə məktubunda yazırdı:

“Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi. Mənim vaxtımda bu mümkün olmamışdı”.

Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanıb. Məsələn, Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək verib, nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı mücadilədə pay sahibi olub.

Müttəfiq dövlətlərə qarşı Qurtuluş savaşı başladan Türkiyə Cümhuriyyəti dəstək almaq üçün bolşevik Rusiyasına nümayəndə heyəti göndərir. Həmin heyət öncə Bakıya gəlir və Nəriman Nərimanov da Leninə məktub yazaraq öz nümayəndəsini Türkiyə heyəti ilə birlikdə Moskvaya göndərir. Nəticədə Leninlə danışıqlar baş tutur və Moskva Türkiyəyə yardım edir. Nərimanovun Leninə Türkiyəyə görə yazdığı məktubda, eyni zamanda erməni məsələsini də çox dəqiqliklə qeyd edir. Nərimanov Leninin Şərq məsələləri üzrə ən önəmli eksperti və nümayəndəsi olduğundan Lenin uzun müddət bu məsələlərdə Nərimanovun istəklərinə müsbət cavab verib. Türkiyə məsələsində də biz Leninin məktuba müsbət reaksiya verdiyini görürük. Həmin məktubdan kiçik bir hissəni təqdim edirik:

"Əziz Vladimir İliç:

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti bizim nümayəndəmiz Behbud Şahtaxtinski ilə birlikdə Moskvaya gəlirlər. Mən burada Türkiyə nümayəndələri ilə geniş və ətraflı söhbət etdim. Mən türklərin İngiltərəyə qarşı çıxaraq öz qədərlərini tərtəmiz bir könüllə bizə bağlamaq istədiklərindən əsla şübhə etmirəm. Onlar üçün ən əhəmiyyətli məsələ erməni məsələsidir. Bu məsələni öz lehlərinə həll edə bilmək üçün maksimum səy göstərirlər. Mən Batum və Arxangelsk haqqında danışdım. Lakin onlar “Erməni məsələsi bizim ölüm qalam məsələmizdir. Əgər biz bu məsələdə lehimizə bir qərar ala bilməzsək xalq bizim arxamızca gəlməz. Buna görə bu məsələnin bizim lehimizə həll edilməsi bizim xalq arasındakı gücümüzü artırar” deyirlər.

Şübhəsiz ki, onlar mütəfiq dövlətlərinin əleyhinədirlər. Onlar bizimlə birlikdə İngiltərəyə qarşı qanlarının son damlasına qədər vuruşmağa hazırdırlar. Lakin Moskva erməni məsələsinə görə türkləri özündən uzaqlaşdırsa, onlar incik düşər və İngiltərə ilə razılaşma yolları araya bilərlər. O zaman nələrin ola biləcəyini düşünmək lazımdır".

Daha sonralar Atatürk Nərimanova bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə Nərimanov ona "Paşam, Türk millətində bir ənənə var, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar", deyə cavab göndərir.

Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nın (1896-1898) müəllifidir. Bütün fəaliyyəti boyu Bakının simasının qorunmasına, şəhərin erməni rəhbərlərdən arınmasına çalışan bir şəxs romanında, yəni daha yüksək müstəvidə erməni qız və azərbaycanlı oğlanın sevgisindən yazıb, bu münasibətdə sevgini bütün maraqlardan yüksəkdə saxlamağı bacarıb.

N.Nərimanov - Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.


N.Nərimanov - ruslar üçün Azərbaycan dilli, azərbaycanlılar üçün rus dilli dərsliklərinin ilk müəllifidir.
Şərqdə ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.A.Sabirin əziz xatirəsinə ucaldılıb.

N.Nərimanov milli aviasiyanın yaradılmasına, Bakı-Tiflis-Batum neft kəmərinin, Bakı-Culfa dəmiryolunun çəkilməsinə birbaşa xidməti var.

Nərimanov fərdi fəaliyyəti ilə Şərqdə qazandığı nüfuzunu uzun illər Azərbaycan naminə xərcləyib. Onu Şərq dünyasında yaxşı tanıyır, sevirdilər. Nəriman Nərimanov olmasaydı, bu gün də Bakıda ermənilərin nüfuzu davam edəcəkdi.

Təbii ki, Nərimanovu aldatmışdılar. Necəki bu işi inqilabın rəhbəri Leninin, silahdaşı Trotskini başına gətirmişdilər. Təsadüfi deyil ki, Stalin hakimiyyəti fəaliyyətə başlayan kimi məşhur repressiyadan 13 il əvvəl, 1925-ci ildə ilk olaraq Nərimanov aradan götürüldü. Deməli mənfur imperiyanın birinci düşməni elə Nərimanov idi. Hansı ki, bu gün bəzi insanlar Nərimanovdan illər sonra, öldürülmüş, sürgün edilmiş ziyalılarımızı layiqincə xatırlayır, Nərimanovun adı gəlincə isə naxələflik edir.

Halbuki Nəriman Nərimanov da bir çılğın hərəkətilə bu gün Azərbaycan tarixinin ən parlaq tarixi şəxsiyyətinə çevrilə bilərdi. Amma o tarix üçün yox, cəmiyyətinin bu günü üçün yaşadı.

Coninin konsertləri ləğv olundu Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri Kann Film Festivalı nə vaxt başlayır?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Aprel 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri