Bakının bu küçəsində su dayanmadan axır Sakinlər narazıdır
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Binəqədi rayonunda su sızması sakinlərin narahatlığına səbəb olub.
Milli.Az xəbər verir ki, söhbət "Baksol yolu" adlanan ərazidən gedir. Yerli sakinlərin bildirdiyinə görə, içməli su xəttində yaranmış nasazlıq nəticəsində su uzun müddətdir küçəyə axır və ərazidə gölməçələr əmələ gəlib.
Onların sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, indiyədək hər hansı təmir işi aparılmayıb. Sakinlər iddia edirlər ki, onlara verilən məlumata əsasən, ərazidən keçən yüksək gərginlikli elektrik xətti səbəbindən nasazlığın aradan qaldırılması gecikir.
Ərazi sakinləri su itkisinin davam etdiyini və mövcud vəziyyətin həm gündəlik hərəkətə mane olduğunu, həm də narahatlıq yaratdığını bildirərək problemin qısa müddətdə həllini gözlədiklərini vurğulayıblar.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 İyul 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















