Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Bakının “Dəmir Yumruq” zərbəsi Parisi sarsıdıb: Fransanın nüvə raketlərinin Azərbaycana tuşlanmasına çağırışlar edilir

Bakının “Dəmir Yumruq” zərbəsi Parisi sarsıdıb: Fransanın nüvə raketlərinin Azərbaycana tuşlanmasına çağırışlar edilir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Makron hakimiyyətinə bağlı siyasi dairələr hesab edirlər ki, Azərbaycan hazırda Fransa ilə yanaşı, həm də Avropa Birliyinin ərazi bütövlüyünə təhdid törədir... Böyük ehtimalla Parisdə ağıl tutulması dövrü artıq başlayıb, ona görə də, Fransada artan etiraz dalğasını məhz süni “xarici düşmən” təhlükəsi ilə bloklaya biləcəklərinə ümid bəsləyirlər...  

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda şəriksiz geopolitik iradə mərkəzi statusu məhz Azərbaycana məxsusdur. Rəsmi Bakı bu reallığı öz müstəqil geopolitik qərarları ilə dəfələrlə artıq sübuta yetirib. Hər halda, beynəlxalq siyasi iradə mərkəzləri də Cənubi Qafqazla bağlı maraqlarını və hədəflərini reallaşdırmağa çalışarkən, Azərbaycanın regional lider olduğunu mütləq nəzərə almaq məcburiyyətində qalırlar. Və bu reallıq artıq bu regionda inkaredilməz geostrateji faktora çevrilib.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı geniş maliyyə-iqtisadi və hərbi-siyasi resurslarını Azərbaycanın yüksəliş faktoruna çevirməyə artıq bacarıb. Belə ki, Azərbaycanın maliyyə-iqtisadi yüksəlişi ölkəninin güclü ordu quruculuğu hədəflərinin reallaşmasına münbit şərait yaratmış oldu. Nəticədə rəsmi Bakı cəmisi 44 günlük savaş sayəsində 30 il mövcud olmuş problemi birdəfəlik həll edə bildi. Və Azərbaycanın ərazi bütövlüyü müstəqillik dövründə ilk dəfə bərpa edilmiş oldu.

Təbii ki, Azərbaycanın tarixi hərbi zəfəri öz növbəsində rəsmi Bakının geopolitik gücünü artırdı, beynəlxalq məkanda da söz sahibinə çevirdi. Hər halda, hazırda Azərbaycanın “Dəmir yumruğu” beynəlxalq siyasi məkanda da təsir faktoruna çevrilməyə başlayıb. Belə ki, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı “geopolitik müstəmləkə”yə çevirməyə bacarıb. Ancaq bu, “məkrli üçlüyə” Cənubi Qafqazda hegemonluq etmək imkanları açmır. Və rəsmi Bakı öz qətiyyətli mövqeyi ilə bu “məkrli üçlüyü” Cənubi Qafqazda geopolitik proseslərdən kənarda saxlamağı bacarır.

Məsələ ondadır ki, rəsmi Bakı ABŞ-ın regional sülh prosesində vasitəçilik missiyasını ələ keçirtməsinə və ənənəvi manipulyasiya əməliyyatlarına başlamasına imkan verməyib. Avropa Birliyi də ABŞ kimi, ermənipərəst mövqeyinə görə Cənubi Qafqazda sülh prosesindən kənarlaşdırılıb. Ermənistanın “əkiz bacısı”, Afrikadan qovulan Fransaya da bu regionun giriş qapıları qapadılıb. Və bu baxımdan, “məkrli üçlüyün” indi yalnız Ermənistanın hələ de-yure dəqiq olmayan sərhədləri içərisində qapanıb, qalması qətiyyən səbəbsiz deyil.

Ona görə də, ABŞ, Avropa Birliyi və Fransanın dəstəyini Ermənistanın bu regionda əsas təhlükəszilik sisteminə çevirmək şansından uzaq qalan rəsmi İrəvan hələ də bu istiqamətdə nəticəsiz cəhdlərini davam etdirməyə çalışır. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan hər dəfə çətin vəziyyətə güşəndə dərhal Yelisey sarayına qaçaraq, Fransa prezidenti Emmanuel Makrondan dəstək almağa çalışır. Halbuki, Cənubi Qafqaza təsir məsələsində Fransanın Azərbaycan qarşısında gücsüz qaldığını anlayan prezident Emmanuel Makron artıq iki ildir ki, erməni baş nazirə vəd versə də, Ermənistana səfərə həvəs göstərmir. Və bu, Fransa prezidentinin beynəlxalq məkanda Azərbaycanın növbəti “Dəmir yumruq” zərbəsinə məruz qalaraq, daha da nüfuzdan düşə biləcəyindən ehtiyatlandığını biruzə verir.

Bütün bunları nəzərə aldıqda, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın fransız həmkarı Bris Rokfo ilə məsləhətləşməsi də tamamilə boşuna vaxt itirməkdən başqa bir şey deyil. Çünki bu məsləhətləşmədə “iki ölkənin genişmiqyası ortaq maraqlarının reallaşdırılma yolları”nın müzakirə edildiyi bildirilir. Halbuki, Fransa və Ermənistanın Cənubi Qafqazdan kənarda hər hansı ciddi ortaq maraqları mövcud deyil. Və bu, o deməkdir ki, həmin “ortaq maraqlar” nə qədər müzakirə edilsə də, Azərbaycan onların Cənubi Qafqazda reallaşmasına heç bir halda, imkan verməz.  

Məsələ ondadır ki, Azərbaycan-Fransa münasibətləri hazırda ermənipərəst rəsmi Parisin günahı ucbatından ən qəliz dövrünü yaşayır. Belə ki, rəsmi Bakı Azərbaycana qarşı əsassız böhtan kampaniyası aparan Fransanın beynəlxalq müstəmləkəçilik siyasətini açıq şəkildə hədəfə alıb. Rəsmi Bakı Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqların azadlıq hərəkatına birmənalı şəkildə dəstək verir. Və rəsmi Parisin bəşəri cinayətlərinin ifşa olunmasında xüsusi rol oynayır.

Ona görə də, beynəlxalq nüfuzunu sürətlə itirməkdə olan Fransanın siyasi dairələri Azərbaycana qarşı olduqca qəzəblidirlər. Hətta Fransanın öz həmcinsi ilə evlənmiş keçmiş baş naziri Qabriel Attal rəsmi Parisi və Avropa dövlətlərini Azərbaycana sərt reaksiya verməyə çağırıb. Onun fikrincə, Fransanın müstəmləkə altında saxladığı xalqların rəsmi Parisə qarşı kütləvi etiraz fəaliyyətinə başlaması Azərbaycanın onlara verdiyi açıq dəstəklə birbaşa bağıdır. O, iddia edib ki, Azərbaycan indi Fransanın və Avropanın ərazi bütövlüyünə təhlükə törədir. Və Fransanın keçmiş baş naziri bunun həm ölkəsinin, həm də bəzi Avropa ölkələrinin beynəlxalq cinayət sayılan müstəmləkəçiliklə hələ də məşğul olduğunu dolayısıyla etiraf edib.

Halbuki, hazırda rəsmi Parisin məşğul olması daha vacib sayıla biləcək problemləri də mövcuddur. Belə ki, Fransa əhalisi prezident Emmanuel Makrondan və onun partiyasından ciddi şəkildə narazıdır. Ona görə də, “Le Figaro” ictimai araşdırmasında indi prezident E.Makronun rəyi soruşulanların yalnız 21 faizinin dəstəkləməsi  qətiyyən təəccüblü deyil. Və bu, yaxın gələcəkdə Makron hakimiyyətinin Fransanın siyasi səhnəsindən silinə biləcəyini biruzə verir.

Ancaq Makron hakimiyyəti deyəsən, Fransada artan etiraz dalğasını məhz süni “xarici düşmən” axtarışı ilə aradan qaldıra biləcəyinə ümid bəsləyir. Belə ki, bəzi məlumatlara görə, ictimai təbliğat kampaniyalarında son vaxtlar Fransanın nüvə raketlərinin Azərbaycana tuşlanması ilə bağlı çağırışlar artmağa başlayıb. Makron hakimiyyətinin düşdüyü aciz durumu nəzərə aldıqda, belə avantürist “ideyalar”ın gündəmə gətirilməsi qətiyyən təəccüb doğurmur. Və böyük ehtimalla Azərbaycanın “Dəmir yumruq” zərbəsi Fransa siyasi-ictimai elitasında ağıl tutulması üçün tamamilə yetərli olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Yanvar 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri