Icma.az
close
up
RU
Bakının prinsipial mövqeyi və israrlı tələbləri müsbət nəticəsini verir

Bakının prinsipial mövqeyi və israrlı tələbləri müsbət nəticəsini verir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Hərbi müstəvidə kapitulyasiya vəziyyətinə uğrayan Ermənistan hal-hazırda diplomatik-siyasi müstəvidə də Azərbaycanın diktəsi ilə hərəkət etməkdə və bizim təklif etdiyimiz "yol xəritəsi" istiqamətində addımlar atmaqdadır. Belə ki, Minsk qrupunun buraxılmasına dair tələbimizlə hesablaşmağa başlayan rəsmi İrəvan, indi də ölkəmizə qarşı ərazi iddialarının yer aldığı konstitusiyalarına dəyişiklik tələbimizi ictimailəşdirmək istiqamətində kövrək addımlar atır. Ermənistan Baş naziri Nikol Paşinyanın konstitusiya dəyişikliyinin vacibliyi ilə bağlı parlamentdə səsləndirdiyi fikirlər bu dəfə populizmdən yox, ciddi planlardan xəbər verir.
Ölkənin əvvəlki konstitusiya referendumlarının xalqın iradəsini əks etdirmədiyini bildirən N.Paşinyan artıq bu istiqamətdə qəti addımlar atmaq qərarına gəlib. Bu da o deməkdir ki, Bakının prinsipial mövqeyi və israrlı tələbləri artıq öz müsbət nəticəsini verir. Başqa sözlə desək, indi rəsmi İrəvan öz gündəmini Bakı vaxtı ilə təyin etmək kursunu seçib. Ermənistanın əvvəlki konstitusiya referendumlarının və konstitusiya mətninin erməni xalqının iradəsini əks etdirmədiyi kimi Cənubi Qafqaz gerçəklikləri ilə də birbaşa ziddiyyət təşkil edir. Erməni ultramillətçilərinin və irqçi daşnakların tərtib etdiyi hazırkı Ermənistan konstitusiyasının əsas qayəsini qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları təşkil edir. Bu isə həm bölgədə daimi hərbi-siyasi gərginliyin qalmasına rəvac verir, həm də Ermənistanın özünün mövcudluğu üçün birbaşa təhlükə yaradır.
Kilsənin və erməni millətçilərinin 40 ilə yaxındır gündəmdə saxlamağa çalışdıqları “böyük Ermənistan” və "miatsum" kimi zəhərli, zərərli ideologiyalara əsaslanan hazırkı konstitusiya Ermənistanın öz qonşuları ilə (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) normal münasibətlər qurmasına mane olur. Nikol Paşinyan bu acı həqiqəti gec də olsa anlamağa başlayıb. O, başa düşür ki, millətçilərin iradəsini əks etdirən "tarixi Ermənistan" ("böyük Ermənistan") konsepsiyası “real Ermənistan” (dinc və adekvat Ermənistan) qurmağa mane olur. Beləliklə, Ermənistanın mövcudluğu, erməni dövlətçiliyi "dalan"a dirənir. Bu "dalan"ın çözüm yolu isə Ermənistan konstitusiyasının dəyişdirilməsindən keçir.
Rəsmi Bakı uzun müddətdir ki, yekun sülhə nail olmaq üçün Müstəqillik Bəyannaməsindəki ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini israrla gündəmə gətirir. Təəssüflər olsun ki, Ermənistan tərəfi bunun zəruriliyini hələ indi anlamağa başlayıb. Lakin eybi yox, heç anlamamaqlarındansa, yenə gec anlamaqları daha yaxşıdır. Erməni ağlı zamanın və proseslərin sürətindən geri qalır. Bu isə heç şübhəsiz ki, sülh prosesini ləngidir. Ancaq Ermənistan tərəfi Bakı vaxtı ilə ayaqlaşmağa məcburdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri