Icma.az
close
up
RU
Bakının yeni moda ritmi MIUM

Bakının yeni moda ritmi MIUM

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Gənclik Mall"un birinci mərtəbəsində yerləşən MIUM, paytaxtın moda həyatına yeni nəfəs gətirir. Bu məkan sadəcə geyim mağazası deyil - burada moda, memarlıq və incə zövq bir araya gəlir. Məqsəd insanlara yalnız məhsul təklif etmək deyil, həm də emosional və estetik təcrübə yaşatmaqdır.

Bakıda ilk dəfə təqdim olunan bu konsept, beynəlxalq brendlərlə müəllif interyeri birləşdirir. MIUM-un hər detalı düşünülərək hazırlanıb - rahatlıq, funksionallıq və vizual harmoniya diqqət mərkəzindədir. Buraya gələn hər kəs - istər gənc, istər ailəli, istərsə də peşəkar - öz tərzinə uyğun nəsə tapa bilər.

Brendin əsas yanaşması sadə və dürüstdür: premium keyfiyyət hamı üçün əlçatan olmalıdır. Hər kəsin zövqü, yaşı və həyat tərzi fərqlidir, lakin MIUM bu müxtəlifliyi özündə əks etdirir. Burada gündəlik rahat tərzlərdən tutmuş klassik, şıq və idman üslubuna qədər geniş məhsul seçimi var.

Mağazanın interyeri məşhur italyan memar Antonio Barbieri tərəfindən hazırlanıb. "Gucci" və "Diesel" kimi dünya brendləri üçün interyer dizaynı yaratmış Barbieri, Bakı üçün yeni və fərqli bir atmosfer formalaşdırıb. Neytral teksturalar, təbii işıq, axıcı xətlər və dairə formaları məkana vizual sakitlik və estetik tamlıq qatır. Dairəvi dizayn həm məkanda, həm də MIUM-un loqosunda təkrarlanaraq ahəng və emosional axıcılıq hissi yaradır.

MIUM-da "Boss", "Diesel", "Hugo", DKNY, "Miss Sixty", "Lauren by Ralph Lauren", "Bardot", "Les Benjamins" kimi dünya brendlərinin geyimləri təqdim olunur. Eyni zamanda "Nike", "Adidas", "Puma", "Fila" kimi idman markaları da alıcılara təqdim edilir. Məhsullar həm zövqlə seçilib, həm də rahatlıq və keyfiyyət baxımından diqqət çəkir.

Brendin məqsədi sadəcə satış deyil, şəhərlə dialoq yaratmaq, insanlara ilham vermək və şəxsiyyətin ifadəsinə dəstək olmaqdır. Bu səbəbdən MIUM təkcə alış-veriş üçün yox, həm də özünü yenidən xatırlamaq üçün bir məkan kimi nəzərdə tutulub.

Yaxın gələcəkdə burada kosmetika, ətir və şəxsi qulluq məhsulları üçün xüsusi zonanın açılması planlaşdırılır. Həmçinin kapsul kolleksiyalar, mövsümi tədbirlər və yaradıcılıq layihələri ilə MIUM-un inkişafı davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri