Icma.az
close
up
RU
Bakıya gələn qonaq bəyan etdi Bu da 5,5 milyon nəfərin gözlədiyi xəbər!

Bakıya gələn qonaq bəyan etdi Bu da 5,5 milyon nəfərin gözlədiyi xəbər!

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Suriyada baş verənlərin fonunda Yaxın Şərqdə siyasi xəritənin dəyişə biləcəyi, yeni dövlətlərin, yaxud ən azı özünüidarəetmə çərçivəsində yeni muxtariyyətlərin ortaya çıxacağı görünür. Yaxın Şərqdə iştirakçı ölkələrin hər birinin dəstəklədiyi və maraqlarını onlar üzərindən həyata keçirdiyi yerli faktorlar var”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O xatırladıb ki, sözügedən vəziyyətdə İraq və Suriyadakı türkmanlar (sayı 5,5 milyondan artıqdır) Yaxın Şərqin dəyişən xəritəsində Azərbaycan üçün əsas faktor ola bilər:

“Türk dünyasında ən çox bizə – Azərbaycana yaxınlığı ilə seçilən türkmanlar hələ 90-cı illərdə müstəqilliyin bərpasından sonra Bakı ilə daha sıx yaxınlaşmaq və müəyyən dəstək əldə etmək istəsə də, yeni qurulan və işğalla üzləşən Azərbaycan bunu edə bilmədi. Əvəzində Türkiyə daim türkmanlara dəstək verib. İndi Azərbaycan üçün türkmanları dəstəkləmək və Yaxın Şərqin siyasi xəritəsində iştirak etmək imkanı yaranıb. Bu kontekstdə İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, Türkman Cəbhəsi Partiyasının sabiq lideri Ərşad Salehinin Bakıya səfəri xüsusilə əhəmiyyətlidir”.

A.Nərimanlı bildirib ki, Salehi Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən konfransa İraq parlamentinin təmsilçisi kimi qatılsa da, verdiyi açıqlamalar türkmanların Azərbaycan üçün qapılarını açıq saxladıqlarını göstərir:

“Azərbaycan 90-cı illərdə edə bilmədiklərini indi edərsə, bu həm tarixi bağların bərpası, həm də Yaxın Şərq siyasətində aktiv iştirak faktorunun əldə edilməsi baxımından strateji qazanc olar. Tarixi Azərbaycan imperiyasının uzandığı coğrafiyaya və mədəni, din, dil, ənənə bağlarına nəzər saldıqda, bu gün Suriya və İraqın – Yaxın Şərqin Bakıdan çox da uzaqda olmadığı görünür”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see137

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri