Rusiya Paşinyana qarşı “müharibəyə” başlayıb Ermənistan baş naziri AB dən kömək istəyir
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Kiçik ölkə bu proses fonunda xaricdən mümkün təsir cəhdlərindən narahatdır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət “xaricdən gələn hibrid təhdidlərin” qarşısını almaq üçün Avropa Birliyindən (AB) dəstək istəyir. Bu cür kampaniyaların əsas təşkilatçısı kimi Rusiya göstərilir.
Bakupost.az media və monitorinq təşkilatı “Newsguard”a istinadən xəbər verir ki, bu yaydan etibarən Kremlin Ermənistandakı dezinformasiya kampaniyası xeyli gücləndirilib. Bunun üçün Rusiya ilə əlaqəli sosial media hesabları və veb-saytlardan istifadə olunur. Həmin şəbəkə daha əvvəl Moldova və Almaniyada da fəal olub. Beynəlxalq araşdırmalara görə, bu fəaliyyətlərin arxasında Kreml, konkret olaraq Sergey Kiriyenko dayanır.
Yalan məlumatlar guya xəbər saytı olan, amma əslində media olmayan platformalarda yayımlanır. Bu saytlar adətən qısa müddət əvvəl yaradılır, süni intellektlə hazırlanmış mətn və videolar paylaşır. Bəzən materiallar mövzu ilə heç bir əlaqəsi olmayan real jurnalistlərin adından dərc edilir. Məqsəd ciddi və etibarlı jurnalistika təəssüratı yaratmaqdır.
Nümunə kimi iddia olunur ki, baş nazir Nikol Paşinyan bəzi Qərb tibb şirkətlərinə ermənilər üzərində təcrübələr aparmağa icazə verib. Digər hekayələr isə müəyyən qədər həqiqətə söykənir. Məsələn, Paşinyan və onun həyat yoldaşının korrupsiyada ittiham edilməsi.
Ermənistan və Rusiya uzun müddət müttəfiq olublar. İkinci Qarabağ müharibəsi bu müttəfiqliyi ciddi sarsıtdı. Daha sonra Paşinyan hökuməti Rusiyanı etibarlı tərəfdaş hesab etmədiyi üçün Avropa Birliyinə yaxınlaşmağa başladı. Rusiya isə nüfuzunu itirməmək üçün dezinformasiya yaymaq və ruspərəst siyasətçiləri dəstəkləməklə təsirini bərpa etməyə çalışır.
Ermənistan hələ də iqtisadi baxımdan Rusiya bazarından ciddi şəkildə asılıdır. Moskvanın əlində bir çox təzyiq mexanizmi var. Məsələn, bir neçə ay əvvəl Rusiya sərhədi erməni yük maşınları üçün müvəqqəti bağlamışdı. Nəticədə meyvə-tərəvəz xarab olmuş və dəyərini itirmişdi. İrəvan Moskvanı açıq şəkildə qəzəbləndirməkdən çəkinir. Bununla yanaşı, Nikol Paşinyan hesab edir ki, Rusiyadan uzaqlaşmaqdan başqa çıxış yolu yoxdur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Ermənistan Paşinyana qarşı impiçmentə hazırdır
02 May 2025 14:04
Ermənistan müxalifəti Paşinyana qarşı suiqəsd hazırlayır?
30 Dekabr 2024 15:46
Ermənistan müharibəyə hazırlaşır
30 Noyabr 2024 10:22
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır
28 Noyabr 2024 15:32
Baxış sayı:82
Bu xəbər 20 Dekabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















