Icma.az
close
up
RU
Baku Flames festivalına müraciət etmək üçün sayılı günlər qaldı

Baku Flames festivalına müraciət etmək üçün sayılı günlər qaldı

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" agentliklər, brendlər, istehsalat şirkətləri, kreativ studiyalar, media platformaları və müstəqil yaradıcılardan qəbul etdiyi müraciətlər üçün son mərhələyə çatıb. Belə ki, kreativ sektorun qeyd edilən üzvləri üçün son müraciət tarixi 4 apreldir.

"Baku Flames" festival və müsabiqə olmaqla yanaşı, həm də ilham dolu ideyalar, kampaniyalar və təsirli nəticələri olan strategiyalar üçün yaradılmış qlobal platformadır. Festival sosial mediadan dizayna, hekayələrdən korporativ sosial məsuliyyət layihələrinə qədər insanları və brendləri bir yerə gətirən işləri önə çıxarmağı hədəfləyir.

Niyə indi müraciət etməlisiniz?

Çünki 4 aprel "Baku Flames" mükafatları uğrunda mübarizə aparmaq üçün son şansdır. Belə ki, festivala müəllifi olduğu işləri göndərməklə yaradıcı şəxslər, şirkətlər və agentliklər beynəlxalq jüri heyəti tərəfindən tanınacaq, regional və qlobal məşhurluq əldə edəcək, həmçinin festivalın rəsmi proqramı daxilində yayımlanacaq.

Odur ki bu tarix Ali Rez (IMPACT BBDO), Eduardo Marques (Publicis Groupe Benelux), Shaun Loftman (Landor) və Elena Plakhova (Nova Post Group) kimi, dünyanın dörd nöqtəsindən ibarət jüri heyəti tərəfindən dəyərləndirilmək üçün son şansdır. Qeyd edilən şəxslər isə müvafiq olaraq müsabiqənin 4 əsas istiqaməti üzrə jüri heyətinə rəhbərlik edirlər:

- "Core": Bu istiqamət üzrə reklam kampaniyaları, film, çöl reklamları və digər işlər göndərilə bilər.

- "Connect & Engage": Burada rəqəmsal kampaniyalar, süni intellekt və PR da daxil olmaqla, innovativ layihələr qəbul edilir.

- "Design Excellence": Bu istiqamət dizayn, brendinq və vizual işlər üçün nəzərdə tutulub.

- "Effective Change": Regionda bir ilk olan bu istiqamət layihələrin yaradıcılığı ilə yanaşı, effektivliyini və gətirdiyi nəticələri də dəyərləndirir.

Bəs kimlər festivala qoşulmalı, həmçinin öz işləri ilə müsabiqədə iştirak etməlidirlər?

- Yaradıcı agentliklər;

- Brend və marketinq komandaları;

- PR və kommunikasiya üzrə ekspertlər;

- Dizayn studiyaları;

- İstehsalat şirkətləri;

- Frilanserlər və gənc istedadlar.

Qalib gələn layihələr nəinki festivalda, həmçinin qlobal səhnədə də işıqlandırılacaq. Belə ki, hazırda "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" Özbəkistan və Gürcüstanın marketinq assosiasiyaları tərəfindən reytinqlərə də daxil edilib.

"bakuflames.az" veb-saytına daxil olaraq müraciətlərinizi tamamlaya, əlavə suallarınızı "[email protected]" ünvanına yönləndirə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri