Icma.az
close
up
RU
Baku Meetup : Azərbaycanda kriptoicmanın inkişafı istiqamətində Binance ın ilk addımı

Baku Meetup : Azərbaycanda kriptoicmanın inkişafı istiqamətində Binance ın ilk addımı

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün ölkəmizin paytaxtında qlobal kriptovalyuta platforması "Binance"ın ilk rəsmi "Baku Meetup" tədbiri keçirilib. Tədbir müxtəlif ölkələrin kriptosənayesinin nümayəndələrini, fikir liderlərini bir araya gətirib.

Oxu.Az xəbər verir ki, görüş yerli kripto icmasının inkişafı və blokçeyn (məlumatların saxlanması, tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestri - red.) texnologiyalarının regionda populyarlaşması üçün mühüm rol oynayıb.

"Baku Meetup" tədbirində "Binance"ın Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının rəhbəri Kirill Xomyakov, MDB və Mərkəzi Avropa ölkələrində marketinq və əməliyyatlar şöbəsinin rəhbəri Aleksey Makarov, MDB və Ukraynada Marketinq şöbəsinin rəhbəri Darya Qolinskaya və bir çox başqa şəxslər iştirak ediblər.

Tədbirin əsas mövzularından biri kriptovalyuta bazarının tənzimlənməsinin müzakirəsi olub.

Natiqlər dövlətlər və qlobal oyunçular arasında ortaq kripto ekosistemi qurmağın nə üçün vacib olduğunu müzakirə edib, həmçinin "Binance"ın müxtəlif ölkələrdə dövlət qurumları ilə qarşılıqlı əlaqə təcrübəsini nəzərdən keçiriblər. Tədbirdə, həmçinin Azərbaycanda kripto sektorunun daha da böyüməsi üçün tənzimləyicilər və texnologiya şirkətləri arasında etimadın yaradılmasının zərurətinə də toxunulub.

Tədbirdə "Binance"ın təhsil təşəbbüslərinə xüsusi diqqət yetirilib. Şirkət nümayəndələri "Binance Academy" layihəsi və Azərbaycanda kripto məktəbinin fəaliyyətə başlaması haqqında danışıblar. Tədbir kriptovalyuta dünyasında təhlükəsizlik mövzusunu da əhatə edib.

"Binance"ın Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının rəhbəri Kirill Xomyakov Oxu.Az-a açıqlamasında belə görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb:

"Əməkdaşlıq etdiyimiz bütün ölkələrdə icmalarla vaxtaşırı görüşlər keçiririk. Bu, bizim "Binance" komandamız üçün istifadəçilərimizlə birbaşa ünsiyyət qurmaq, onların bütün suallarını cavablandırmaq üçün fürsətdir. Bu, bizim əsas məqsədimiz olan ikili ünsiyyətin baş tutmasına xidmət edir. Birincisi, biz nəyin yeni olduğunu, hansı maraqlı dəyişikliklərin baş verdiyini, nəyə nail olduğumuzu, bazarda nələrin baş verdiyini müzakirə edir, bazara hansı yeni məhsulların çıxmasından danışırıq. Amma ən əsası - istifadəçilərimizlə bir fincan qəhvə içərək qeyri-rəsmi ünsiyyətə vaxt ayırır və suallara cavab veririk. Biz bilmək istəyirik ki, istifadəçilərimiz nəyə ehtiyac duyurlar, onları nə narahat edir, hansı problemləri var, yerli bazarda başqa hansı məhsulları görmək istəyirlər. "Binance"ın uğuru bu məqamdadır. Artıq 250 milyon müştərimiz olsa da, bu rəqəm sıfır olanda da biz eyni qaydada çalışırdıq.

Biz hər bir istifadəçini dinləmək istəyirik ki, siz bizə hər bir lokal bazarda daha yaxşı olmağımıza kömək edəsiniz. Ona görə də Azərbaycan bizim üçün çox vacib bazardır. Şadam ki, bu gün marketinq komandasının, demək olar ki, əsas nümayəndələri, bəzi partnyorlarımız, media işçiləri, jurnalistlər bizimlədirlər. Ən əsası odur ki, çoxlu qonaqlar, istifadəçilərimiz tədbirə qatıldılar. Məqsəd də ünsiyyət qurmaq, bildiklərimizi paylaşmaqdır. Biz müxtəlif formatlar üzərində işləyəcəyik. Bu görüşlər nə qədər tez-tez olsa, bir o qədər yaxşıdır. Bu, bizim üçün çox önəmlidir".

Qeyd edək ki, bu, "Binance"ın Azərbaycanda ilk rəsmi tədbiri oldu və regionda rəqəmsal aktivlərə artan marağı simvolizə edir. Təşkilatçılar yerli qarşılıqlı əlaqənin vacibliyini vurğulayır və qlobal kriptovalyuta ekosistemi ilə Azərbaycan bazarı arasında əlaqəni gücləndirmək üçün işi davam etdirmək niyyətindədirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri