Balabəy Ağayev: Özümü psixoloji olaraq çempionluğa hazırlayırdım, qızıl medala layiq idim
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Yarışa çox yaxşı hazırlaşmışdım”.
Bunu Gununsesi.info-ya Azərbaycan milli komandasının cüdoçusu Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş Böyük Dəbilqə turnirində qızıl medal qazanmasını şərh edərkən deyib.
“Özümü psixoloji olaraq çempionluğa hazırlayırdım, ancaq asan olmayacağını da bilirdim. Qızıl medala layiq idim”, – deyə 27 yaşlı idmançı vurğulayıb.
O, 23 – 27 apreldə Monteneqronun paytaxtı Podqoritsadakı Avropa çempionatında iştirak etməməsininin səbəbini açıqlayıb: “Fevralda Bakıda keçirilmiş Böyük Dəbilqədə 5-ci yeri tutdum, Özbəkistanın paytaxtı Daşkənddəki analoji turnirdə isə erkən məğlub oldum. Buna görə də rəqiblərim məni üstələdi və qitə çempionatında iştirak edə bilmədim. Bu, məni ruhdan salmadı, çünki zədədən yeni bərpa olduğum üçün formada deyildim”.
Ağayev iyunun 13-20-də Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq dünya çempionatına qatıla bilməkdən ötrü məşqlərinə davam edəcəyini bildirib: “İştirak edib-etməyəcəyimi məşqçilər müəyyənləşdirəcək. Amma mən məşqlərimi davam etdirəcək, çempionata qatılmaq üçün var gücümlə çalışacağam”.
O, Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə cəmi 1, Düşənbədəkində isə 2 qızıl medal qazanmasını belə izah edib: “Tacikistana təşkil olunan turnirin zəif olduğunu deməzdim. Sadəcə, bu, cüdodur və burada asan rəqib olmur. Yarışa hazırlıq səviyyəsi çox önəmlidir”.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 May 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















