Icma.az
close
up
RU
Balıq məhsulları bahalaşacaq

Balıq məhsulları bahalaşacaq

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda balıq bazarında yeni mərhələ başlayır. Hökumətin idxal olunan bəzi balıq növlərinə mərhələli şəkildə vergi tətbiq etmək planı həm bazarın qiymət balansına, həm də yerli istehsalın gələcəyinə təsir edəcək qərarlardan biri hesab olunur. Xüsusilə forel, nərə və digər akvakultura məhsulları üzrə nəzərdə tutulan bu dəyişiklik yaxın aylarda mağaza və bazarlardakı qiymətlərdə də hiss oluna bilər.

Hazırda Azərbaycan bazarında satılan balıq məhsullarının mühüm hissəsi xaricdən idxal olunur. Xüsusilə forel, nərə balığı məhsulları və bəzi çəkikimilər üzrə xarici məhsullar bazarda ciddi paya malikdir. İdxal vergisinin tətbiqi isə avtomatik olaraq həmin məhsulların maya dəyərinin yüksəlməsi deməkdir. Bu isə birbaşa satış qiymətlərinə təsir göstərəcək. Başqa sözlə, yaxın mərhələdə xaricdən gətirilən balıqların bahalaşması qaçılmaz görünür.

Ekspertlər hesab edirlər ki, hökumətin yanaşması yalnız qiymət artımı üzərində qurulmayıb. Məqsəd daxili bazarda yerli istehsalçıların rəqabət imkanlarını artırmaqdır. Çünki Azərbaycanda fəaliyyət göstərən bir çox balıqçılıq və akvakultura təsərrüfatları xarici məhsullarla qiymət rəqabətində çətinlik yaşayırlar.

Prosesə mərhələli keçid

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlı deyir ki, Azərbaycanda yerli balıq istehsalı hələ də aşağı səviyyədədir və idxaldan asılılıq davam edir. Bu səbəbdən idxal məhsullarına rüsum tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd həm yerli istehsalçıları qorumaq, həm də istehlakçının qiymət artımını hiss etməsinin qarşısını almaqdır. Ekspert hesab edir ki, istehsal həcmi artdıqca idxala tətbiq olunan rüsumların da artırılması mümkün olacaq. Bu yanaşma bir tərəfdən daxili bazarın müdafiəsini təmin edəcək, digər tərəfdən isə bazarda qiymət sabitliyinin qorunmasına xidmət edəcək.

Məsələnin digər mühüm tərəfi isə bazarda keyfiyyətə nəzarət və məhsulların düzgün təqdim olunmasıdır. Z.Salmanlı bildirir ki, hazırda ölkəyə idxal olunan bəzi nərəcinsli balıqlar və qara kürü məhsulları yerli məhsul adı altında satışa çıxarılır. Bu isə həm istehlakçının aldadılması, həm də yerli istehsalçıların rəqabət imkanlarının zəifləməsi deməkdir. 

Dövlətin sistemli dəstəyi vacib sayılır

Ekspertin yanaşmasına görə, balıqçılıq sektorunun inkişafında beynəlxalq təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Türkiyənin son 20 ildə keçdiyi inkişaf yolu Azərbaycan üçün uğurlu model hesab olunur. Türkiyədə dövlət dəstəyi nəticəsində yerli balıq istehsalının, istehlakın və milli brendlərin formalaşdırılması sahəsində ciddi nəticələr əldə edilib. Bu təcrübənin yerli şəraitə uyğunlaşdırılması Azərbaycanda da müsbət nəticələr verə bilər. Müsahibimizin fikrincə, bu prosesdə əsas meyar dövlətin istehsala verdiyi sistemli və uzunmüddətli dəstəkdir.

Bununla yanaşı, ekspert Azərbaycanın şirin su ehtiyatlarının məhdud olduğunu da vurğulayır. Bu səbəbdən genişmiqyaslı balıq ixracı barədə düşünməyin real olmadığını bildirir: "Lakin bir istiqamət var ki, burada Azərbaycanın böyük potensialı mövcuddur. Bu, nərəcinsli balıqlar və qara kürü istehsalı sahəsidir. Son illərdə bu istiqamətdə ciddi inkişaf müşahidə olunur və hesablamalarımıza görə, dövlət tərəfindən xüsusi dəstək göstəriləcəyi təqdirdə, Azərbaycan 2027-2028-ci illərdə dünya üzrə ilk beş istehsalçı sırasında yer ala bilər”.

Yeni mexanizmlər hazırlanır

Azərbaycan Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin sözlərinə görə, 2027-ci ildən etibarən ölkəyə idxal olunan balıq və balıq məhsullarına vergilərin tətbiqi nəzərdə tutulur. Məqsəd daxili bazarın daha dayanıqlı hala gətirilməsidir. Ekspert bildirir ki, bu istiqamətdə dövlət tərəfindən həm maliyyə, həm də texniki dəstək mexanizmləri hazırlanır. Planlara əsasən, balıq yemi ölkəyə idxal edilərək istehsalçılara təqdim olunacaq, eyni zamanda yem xərclərinin bir hissəsi subsidiya formasında qarşılanacaq.

Ə.Əliyev hesab edir ki, idxal məhsullarına vergi tətbiqi ilkin mərhələdə bazarda qiymət artımına səbəb ola bilər. Çünki tətbiq olunacaq vergilər daha çox yerli istehsalçıların maraqlarının qorunmasına xidmət edəcək. Buna görə də o, istehsalçılar üçün müəyyən müddət ərzində güzəştlərin tətbiq edilməsinin vacibliyini vurğulayır. Ekspertin fikrincə, subsidiya və digər dəstək mexanizmləri qiymət artımının daha yumşaq keçməsinə və bazarda sabitliyin qorunmasına kömək edə bilər.

Ekspert qeyd edir ki, hazırda Azərbaycan bazarında satılan balıq məhsullarının təxminən 70 faizi idxal hesabına formalaşır. Yalnız 30 faiz məhsul yerli istehsalın payına düşür. 

Ə.Əliyev onu da vurğulayır ki, Azərbaycana balıq və balıq məhsulları əsasən İran, Rusiya, Türkiyə və Norveçdən idxal olunur. Yerli məhsullar isə daha çox Rusiya bazarına çıxarılır. Xüsusilə təbii su hövzələrində yetişən Azərbaycan balıqlarına xarici bazarlarda yüksək tələbat var və bu məhsullar daha baha qiymətə satılır.

Geosiyasi gərginlik balıq bazarına təsirsiz ötüşməyib

Ekspert dünyada müşahidə olunan geosiyasi gərginliyin balıq bazarına da təsirsiz ötüşmədiyini qeyd edir. Onun sözlərinə görə, son aylarda idxal olunan məhsulların qiymətlərində ciddi dəyişikliklər müşahidə olunub: "Təxminən bir ay əvvəl İrandan gətirilən bəzi balıq növlərinin qiyməti 20-30 faiz artmışdı. Məsələn, forel və çəkikimilərin qiyməti bir müddət əvvəl 20 manata qədər yüksəlmişdi. Hazırda isə qiymətlər müəyyən qədər stabilləşərək 13-14 manat səviyyəsinə enib”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyul 2026 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri