Icma.az
close
up
RU
Ballar artır, ya azalır: Qəbul imtahanlarında rəqabət necə olacaq?

Ballar artır, ya azalır: Qəbul imtahanlarında rəqabət necə olacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, martın 2-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. 

İmtahanda 23 nəfər maksimum - 300 bal toplayıb. Ən yüksək bal toplayanlardan 13 nəfəri Bakı məktəblisidir. Qeyd edək ki, hər il ali məktəblərə qəbul imtahanı zamanı toplanan ballarda müxtəlif dəyişiklik olur və bu da həmin təhsil müəssisələri ilə bağlı müxtəlif seçim imkanları yaradır. Caril tədris ilində ali məktəblərə qəbul imtahanında hansı dəyişiklik gözlənilir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, martın 9-da keçirilmiş imtahanın cavablarının gələn həftə elan olunması nəzərdə tutulur: 

“Təbii ki, 23 nəfərin yüksək bal toplaması ümumi statistikanı formalaşdırmır. Ancaq biz martın 2–si, ,9-u və aprelin 6-na qayıtsaq, görərük ki, keçirilmiş buraxılış imtahanının sualları ötən ilə nisbətən daha asandır. Buraxılış imtahanının bu səviyyədə olmasının səbəbi qəbulediləndir. Çünki attestatdakı Azərbaycan dili, riyaziyyat və xarici dil olmaqla, 3 fənnin nəticəsi qiymətlərə təsir edir. Kolleclərə, buraxılış imtahanı tələb edən xüsusi təyinatlı məktəblərə, yüksək texniki peşə təhsili müəssisələrinə qəbul buraxılış imtahanının nəticəsinə əsasən aparılır. Ona görə burada sualların asan olması arzuolunandır”. 

Söhbət ali məktəbə qəbuldan gedirsə, blokda suallar daha çətin olacaq:

“Həmin imtahanda səhv düzü aparacaq. Halbuki buraxılış imtahanında səhv düzü silmir”. 

Keçid ballarının necə formalaşacağına gəldikdə isə ekspertin deyib ki, hələ digər imtahanların nəticəsini bilinmir: 

“Blok imtahanı hələ keçirilmədiyindən, konkret olaraq demək çətin olar. Çünki statistikanı bilmirik ki, hansı bal aralığında kim neçə bal toplayıb. Bu, sonda məlum olacaq. Onu da qeyd edək ki, plan yeri 15 minə qədər artırılıb. Keçən il 60 min idisə, bu il qəbul sayı 75 minə çatdırılıb. Eləcə də yeni ixtisaslar yaranıb. 

Məsələn, Qarabağ Universitetinə 3 yeni ixtisas əlavə edilib. Bunları nəzərə alsaq, bu nəticəyə gəlmək olar ki, əsas prestij tələb edən, məsələn, İKT ilə bağlı, eləcə də hüquq, tibb, maliyyəyönümlü ixtisaslarda daha çox rəqabət ola bilər. Bəzilərində bal artımı müşahidə edə bilərik. Ancaq ümumilikdə bütün ixtisaslar üzrə balların artacağı fikrində deyiləm. Hətta elə ixtisaslar olacaq ki, onlarda enmə müşahidə edəcəyik. Ancaq bu il də rəqabətli olacaq. Yüksək bal toplayanların sayı çox olacaq. Bu da istər-istəməz rəqabəti artıracaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Qəbul keçid balı imtahan Rizvan Fikrətoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri