Icma.az
close
up
RU
Bank Respublika və Bakı Ali Neft Məktəbi əməkdaşlıq memorandumu imzalayıb

Bank Respublika və Bakı Ali Neft Məktəbi əməkdaşlıq memorandumu imzalayıb

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan "Bank Respublika" ASC və respublikamızın qabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Memorandum Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov və BANM-in rektoru Elmar Qasımov imzalayıb.

Mərasimdə hər iki qurumdan nümayəndələr, eləcə də təhsil ocağının tələbələri iştirak ediblər.

Bu əməkdaşlıq hər iki tərəfə yeni imkanlar yaradacaq. "Bank Respublika" üçün bu, gənc, yaradıcı və potensiallı mütəxəssislərlə birbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını erkən mərhələdə dəyərləndirmək imkanıdır. Digər tərəfdən, BANM-in tələbələri real iş mühiti ilə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq, bank sahəsindəki yenilikləri birbaşa öyrənmək şansı əldə edəcəklər.

Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkil olunması, "Bank Respublika"nın mütəxəssislərinin təlim və seminarlar keçirməsi, eləcə də gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.

Müəllim və tələbə heyəti qarşısında çıxış edən T.İsmayılov qeyd edib: “Biz təhsilin inkişafını və gənclərin dəstəklənməsini strateji prioritetlərimizdən biri hesab edirik. BANM təhsil sahəsində yenilikçi yanaşmaları, elmi tədqiqatlara verdiyi dəstəklə tanınır. Bu məktəb gənc ixtisas sahiblərinin beynəlxalq standartlara uyğun şəkildə hazırlanmasında, onlara analitik düşüncə bacarıqları, liderlik qabiliyyətləri aşılamaqda əvəzsiz rol oynayır. Biz bu əməkdaşlığı təkcə memorandum kimi yox, uzunmüddətli və perspektivli bir tərəfdaşlıq kimi qiymətləndiririk. Biz inanırıq ki, bu cür təşəbbüslər gənclərin peşəkar bacarıqlarının inkişafına dəyərli töhfə verəcək və onların gələcəyin uğurlu liderləri kimi formalaşmasına şərait yaradacaq”.

E.Qasımov da öz növbəsində bildirib: “Bank Respublika" kimi aparıcı və nüfuzlu maliyyə qurumu ilə əməkdaşlıq tələbələrimiz üçün unikal imkanlar yaradacaq. Bankın sosial məsuliyyət layihələrinə verdiyi önəm, xüsusilə təhsilin dəstəklənməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrimizə yalnız nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək deyil, həm də "Bank Respublika" kimi dinamik və peşəkar mühitdə çalışaraq gələcək karyeralarına güclü bir əsas yaradacaq. Bu, həm də tələbələrimizə real iş proseslərini yaxından müşahidə etmək və özlərini inkişaf etdirmək üçün geniş imkanlar açacaq.”

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri