Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Nobel Energy” şirkətlər qrupunun baş əməliyyat direktoru Ramal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in fəaliyyəti, tədris prosesi, beynəlxalq standartlara əsaslanan təhsil modeli və sənaye ilə əməkdaşlıq istiqamətləri barədə məlumat verib.
Rektor BANM ilə “Nobel Energy” şirkətlər qrupu arasında uğurlu əməkdaşlığı yüksək qiymətləndirərək bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə tələbələrin istehsalat təcrübələrinin təşkili, layihələrə cəlb olunması və məzunların məşğulluq imkanlarının artırılması baxımından bu cür tərəfdaşlıqların əhəmiyyətini qeyd edib.
“Nobel Energy” şirkətlər qrupunun baş əməliyyat direktoru Ramal Quliyev BANM-lə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ali təhsil müəssisəsinin yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını bildirib. O, şirkət tərəfindən tələbələr üçün təcrübə proqramlarının genişləndirilməsi, birgə layihələrin icrası və gələcəkdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Görüş zamanı tərəflər arasında kadr hazırlığı, istehsalat təcrübələrinin təşkili, birgə təlim və seminarların keçirilməsi, eləcə də sənaye–universitet əməkdaşlığının möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















