Icma.az
close
up
RU
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər Yeni QAYDA

Banka borcu olanlara bir yaxşı, bir pis xəbər Yeni QAYDA

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə kredit götürən vətəndaşların işsiz qalacağı təqdirdə borc öhdəliklərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi kredit bazarında yeni mərhələnin başlanğıcını qoyur. Sözügedən sistem bir tərəfdən gəlirini itirən vətəndaşların borc yükünün yüngülləşdirilməsinə, digər tərəfdən isə bankların kredit risklərinin azaldılmasına xidmət edəcək.

Avtosfer.az globalinfoaz-a istinadən xəbər verir ki, vətəndaşın işini itirməsi onun yalnız gündəlik gəlirlərinə deyil, mövcud kredit öhdəliklərinə də ciddi təsir edir. Əsasən də aylıq gəlirinin böyük hissəsini kredit ödənişlərinə yönəldən ailələr üçün işsizlik qısa müddətdə maliyyə çətinliyinə, gecikmələrə və borcun artmasına səbəb olur. Ona görə kredit öhdəliklərinin müəyyən müddət ərzində sığorta şirkətləri tərəfindən qarşılanması borcalan üçün maliyyə təhlükəsizliyi yaradacaq.

Amma mexanizmin real səmərəsi onun vətəndaşa hansı qiymətə başa gələcəyindən və təminatın əhatə dairəsindən asılı ola bilər. Bu sığorta haqqı kreditin ümumi dəyərinə əlavə edilərsə, borcalan işsiz qalmaq riskindən qorunmaq üçün əvvəlcədən əlavə xərc çəkəcək. Həmin xərc isə xüsusilə aşağı gəlirli vətəndaşlar üçün yeni maliyyə yükü yaradacaq. Bundan başqa, mühüm məsələ işsizliyin hansı hallarda sığorta hadisəsi hesab ediləcəyi ilə bağlı olacaq. Təminat yalnız müəyyən əsaslarla işdən çıxarılan şəxslərə şamil olunarsa, mexanizmin əhatə dairəsi məhdud qalacaq.

Lakin banklar baxımından belə bir sistem kreditlərin geri qaytarılmaması riskinin bir hissəsini sığorta sektoruna ötürmək imkanı yaradacaq. Bu, problemli kreditlərin artmasının qarşısını almağa, bankların kredit portfelinin keyfiyyətini qorumağa və borcalanların gəlir itkisi səbəbindən yaranan maliyyə itkilərini azaltmağa kömək edəcək.

Eyni zamanda, sığorta mexanizminin tətbiqi kredit faizlərinin avtomatik aşağı düşməsinə səbəb olmaya bilər. Ona görə ki, kredit faizləri yalnız borcun qaytarılmaması riskindən deyil, bankların resurslarının dəyərindən, inflyasiyadan, əməliyyat xərclərindən və bazardakı rəqabətdən də asılı olur. Belə sığorta bankların risklərini azaltsa da, bu üstünlüyün kredit faizlərinə nə dərəcədə yansıyacağı bankların kommersiya siyasətindən asılı ola bilər.

Yəni, yeni mexanizmin uğuru sığorta şirkətlərinin, bankların və borcalanların maraqları arasında düzgün tarazlığın yaradılmasından asılıdır. Sığorta haqqı münasib, ödəniş şərtləri aydın və təminat real olarsa, bu sistem kredit bazarında etimadı gücləndirə, vətəndaşları gözlənilməz gəlir itkisinin yaratdığı borc böhranından bir qədər qoruyacaq. Bununla yanaşı, sığorta kredit götürənlər üçün əlavə xərc yaradan formal xidmətə çevrilmək riski də mövcuddur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Noyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri