Icma.az
close
up
RU
Banklar, kreditlər və BİZ... FELYETON

Banklar, kreditlər və BİZ... FELYETON

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Hə, indi qızını ərə verərkən cehizinin üstündə diplom da olmadısa, ta bunun nə faydası. Heç elə bil nə əziyyət çəkib banklara kreditə girib o dəbdəbəli toyu eləmisən, nə də yenə banklara kreditə girib o boyda cer-cehizi yığmısan. Asan iş deyil ey, Allah verərsə, iki-üç nəvən olacaq, hələ sən biçarə o kreditləri ödəyib qurtara bilməyəcəksən.

Axı, bax, bu misal haradan ortaya çıxıb ki, bizim də qanımıza işləyib? Misala bax: qonşu qonşuya baxar, canın odlara yaxar. Ay qardaşlar, ay bacılar, niyə baxırsınız? Axı ata-babalarımız bizə başı aşağı olmağı da tövsiyə edib gediblər. Sal başını aşağı, qonşunun-qohumun yanından keç. Sənə kim deyir ki, başını qaldırıb görəsən ki, qonşu ikimərtəbəli ev tikdirib. Sən də düşəsən sevdaya ki, yox ey, necə, nə təhər edim ki, onun tikdiyi evdən mən də tikim. Məgər mən ondan kəsir oğlanam ki, hasarın o tərəfindən onun evi boylana, mənim evim də hasarın içində itə.

Hə, nə edirik? Axı qonşudan fərqli olaraq nə əlimizdə, nə də ovcumuzda var. Düşürük bank-bank, deyirik görək hansı bir azca aşağı faizlə pul verir, götürək başlayaq. Banklar da ki, Allah onlara insaf versin, nə dinləri var, nə də imanları. Faizi eşidəndə neçə ildən bəri alıb, hələ də yeniləyə bilmədiyin papaq da özünü başdan atır yerə. Amma çarə nədir? Nəyin bahasına olursa-olsun bu pul götürülməli, o ev tikilməlidir. Sonrası həmişəki klassik düşüncəmiz: Allah kərimdir.

Hə, pulu götürdük, başlayırıq evimizi bir mərtəbə də artırmağa. Qonşununku qədər olmasa da, ona yaxın bir şeyə oxşadırıq. Səhəri qonşunun yanından keçəndə isə elə bir havada oluruq ki, gələsən, görəsən.

Bu qonşu da ki, Allah saxlamış, haradan alır, haradan tapır bu pulu, nə bilim axı. Bir təhər ki, dişini-dırnağını sıxıb evi qurtarmışdın ki, bir də görürsən qonşunun qapısının ağzında bir maşın. Ə, bu nədir, ə? “Buna bax, maşınına bax”,- deyirsən və için-içini yeyir. Yenə o köhnə papağını qabağına qoyub başlayırsan fikirləşməyə ki, necə edim, bir babatını da mən alım. Amma ala bilmirsən axı. Kreditin var. Çox düşünüb, çox daşınandan sonra deyirsən ki, ə, var, var da. Qoy gedib bu səfər də arvadın adına kredit götürüm. Üz tutursan yenə banklara. Yaxşı bunu da bir təhər həll edib, alırsan bir maşın, qoyursan qapının ağzına, olursan qonşu ilə bərabər. Amma necə bərabər? Bax bunu deyə bilmirəm.

Günlər keçir, arvad deyir ki, ay kişi axşam gələndə konfetdən-zaddan bir kilo al, gedək qonşuya, deyir qızı məktəbə girib. Ay Allah, bax, müsibət bu dəfə başlayır, özü də necə başlayır. Ta kişi kiriyərmi, susarmı məgər?

-Hə, xalxın da uşaqları var, mənim də. Bax ey, gör camaatın balasının səsi haralardan gəlir. Bizimkilərə də oxu deyəndə, canları çıxır. İndi bu gündən baxassız gününüzə, yaxşı.

Nə isə, axşam da gedirlər qonşuya gözaydınlığı verirlər. Qayıdırlar evə. Bu dəfə də düşürlər diplom sevdasına. İlişirlər uşaqların canına. Başlayırlar onları hazırlığa qoymağa. Nədi, nədi ki, bunlar bal toplayıb bir məktəbə girsinlər. Uşaq deyir, ay dədə, vallah mən riyaziyyatdan heç nə anlamıram. Ata deyir ki, qələt edirsın, öyrənməlisən. Qız deyir ki, ay ana, vallah, nə qədər edirəm kimyadan, fizikadan bir şey başa düşmürəm, ana deyir ki, heç nə olmaz, bəs müəllim nədən yanadır, qoyuruq hazırlığa ki, öyrənəsən də.

Hə, bax, belə-belə bir də baxdıq ki, dəbdəbəli toy, cehiz kimi, diplom da dəbə düşdü. Camaat başladı bir-birinin bəhsinə uşağını oxutmağa. Uşaq oxudu-oxumadı, gedir hazırlığa, valideyn də başlayır yeməyindən, əynindən-başından kəsib hazırlıq pulunu ödəməyə. Vaxt gəlir, baxırlar ki, vay, bu uşaq üç-dörd ildir hazırlığa gedib, topladığı bala bax. Bu dəfə də valideyn deyir, əşi, ta nə edim ey, düşür düşsün də ödənişliyə, çarə nədir, bir təhər oxutduraram. Yenə də başlayır bank-bank gəzməyə. Hara gedir, banklar od tutub yanır. “Çarə yoxdur ey, qonşunun oğlu keçən il girib məktəbə, qızı da bu il. Sinifdə universitetə girməyən qalmayıb. Mənimki niyə geridə qalmalıdır?”,- deyib, götürür pulu aparıb ödəyir məktəbə. Uşaq da olur tələbə.

Elə ki, məktəblərin açılmasına az bir zaman qalır, yenə valideynin kürkünə birə düşür. Axı dərd bir deyil, iki deyil? Bunun əyni-başı var, qalmağa yeri var, yeməyi-içməyi var, dəftər-qələmi var, başqa məsələləri var...

Gün o gün olur ki, uşaq universiteti sürünə-sürünə, bir təhər bitirir. Elə bu ərəfə də ata krediti bitirir. Zalım bu qonşu da dayanmaq bilmir də. Bir də eşidirlər ki, uşağı düzəltdi filan yerə işə. Vəssalam, dərd başladı. Arvad başlayır danışmağa, ta kirimək bilmir: bu uşağa bir iş tapa bilmədik. Balam gül kimi məktəb bitirib oturub evdə. Xalxların da uşağı odur ey, gör, haralarda işləyir.

Yaxşı, bunu eşidən ata nə eləsin? Uşaq da ki, nə işə qəbul imtahanı verəndi, nə də oturub təzədən qabağına kitab-dəftər tökəndi. Olan-qalan hövsələsini də 4 il universitet əlindən alıb.

Ata düşünür ki, yox ey, yenə bir banka baş çəkim, görüm faizlər indi necədir, pul götürüm bu uşağa bir iş tapım. Düşür bank-bank yenə də gəzir, axır biri ilə razılaşıb, pul götürür. Sonra da fikirləşir ki, İlahi-pərvərdigara, mən bu pulu indi kimə etibar edib verim ki, işimi görsün, birdən bir nadürüstə rast gələrəm, pulum batar, it də gedər, ip də. Artıq bu, qalır Allaha, qarşına ya dürüst biri çıxa, pulunu alıb işini görə, ya da nadürüstü çıxa, pulunu alıb aradan itə.

***

Hə, kişi başlayır dərd çəkməyə, fikir eləməyə. Arvad da o tərəfdən qayıdır ki, ay kişi, axı eviydi də oturmuşduq, nəyimizə lazımdı bu ikimərtəbəli ev? Heç yuxarı qalxan da yoxdur.

Kişi də başlayır çığırmağa: az, dünənədək sən deyildin, gündə qonşunun evinə, bax, deyən? İdi nə artistlik edirsən?

Sonra arvad görür ki, fikir bu kişini yıxacaq, kişi də kreditləri arvadın üstünə yıxıb gedəcək, düşür qorxuya, başlayır danışmağa. Axı bu maşın nəyimizə lazım idi? Birtəhər ötüşürdük də.

Bu dəfə də kişini cin vurur:- Ay Allah, amansan, heç xəbərin yoxdu ki? Gündə-gündə başımı xarab edən sən deyildin ki, xalxın arvadı maşınlarda gəzir, mən də bazardan qollarımda sizə yemək daşıyıram?

Bir gün də arvad görür ki, yox ey, ta bu kreditlərin əlindən evdə bişirməyə də bir şey tapmır. Başlayır yenə deyinməyə:- Axı uşaqdı da, dedi ki, ata məni qoy dərzilik öyrənim, oğlan da dedi ki, ay ata, elm mənlik deyil, qonşuluqdakı Həsən kişi yaxşı maşın ustasıdır. Qoy məni onun yanına, gedim öyrənim. Dedin ki, yox ey, gərək diplomunuz olsun. İndi nə zəmanədir ki, qonum-qonşunun uşağı təhsil ala, siz də sənət öyrənəsiniz.

Bu dəfə kişi dəli olmasın, bəs nə eləsin. O tərəfdən qayıdır ki, arvad səsini kəs. Məni qızışdırıb ortaya salan sən deyildin? İndi başlamısan ayrı söz danışmağa. Sənə baş qoşan yerdə başım batardı, deyib, iki əli ilə başına bir qapaz endirir.

***

Amma nə faydası? Banklara kredit kredit üstündədir, ay da ki, elə başlamağı bilir, bir də görürsən ki, kreditin vaxtı çatıb. Zənglər dalbadala düzülüb. İndi gəl, başını itirmə görüm, necə itirmirsən. Əlində-ovcunda nə var, ver banka, otur, əlini aç Allaha, ruzi istə. Vallah, həqiqətən də bizimki Allaha qalıb. Allah köməyimiz olsun.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri