Icma.az
close
up
RU
AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankın (AMB) son zamanlar vətəndaşların bank kartlarından onların adına 10-15 min manat və daha böyük məbləğlərdə kredit rəsmiləşdirməsi məsələsinə münasibət bildirib.

APA-Economics”in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, maliyyə institutlarında kiber dayanıqlığın yüksəldilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi, risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və bu istiqamət üzrə digər tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir.

Bu məqsədlə, Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üçün “Maliyyə bazarları üzrə kibertəhlükəsizlik Strategiyası” hazırlanıb və onun tətbiqinə başlanılıb. Bununla yanaşı, "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair” Tələblər qüvvəyə minib. Həmin Tələblərdə misal üçün, fərdi məlumatların üçüncü şəxslərə icazəsiz ötürülməsinin qarşısının alınması, bu məlumatların müvafiq şifrələnmə metodları ilə qorunması və nəzarət subyektləri tərəfindən müştəriləri informasiya təhlükəsizliyi ilə əlaqədar azı rübdə bir dəfə maarifləndirməsi kimi tələblər yer alır.

2025-ci ilin yanvar ayında “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” qəbul edilib. Qayda bankda kredit dələduzluğu, pul vəsaitlərinin mənimsənilməsi, saxtakarlıq halları, müştəri hesablarının ələ keçirilməsi, kiberhücumlar kimi bankdaxili və bankdankənar dələduzluq halları üzrə risk hadisələrinin aşkarlanmasına, reyestrinin aparılmasına, hesabatlığına, monitorinqinə və bu cür risk hadisələrinin qarşısının alınması məqsədilə bankın biznes proseslərinin təkminləşdirilməsinə dair tələbləri tənzimləyir.

Həmçinin qeyd edilib ki, Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda məsafədən bank hesablarının açılması və istehlak krediti müqaviləsinin bağlanması zamanı dələduzluq risklərinin minimallaşdırılması məqsədilə müştərini dürüst müəyyənləşdirməyə dair, o cümlədən video zəng və video çəkiliş aparılmasına dair tələblər müəyyən olunur. Bununla yanaşı, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna və Mərkəzi Bankın “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”na əsasən ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda, habelə bir təmassız ödənişin məbləği 100 manat (və ya ekvivalentindən), bu cür əməliyyatların günlük həcmi isə 500 manat və ya ekvivalentindən artıq olduqda banklar tərəfindən ikili autentifikasiyanı özündə əks etdirən gücləndirilmiş müştəri autentifikasiya tədbirləri həyata keçirilməlidir. Həmçinin sözügedən Qaydaya əsasən, banklar avtorizə edilməmiş və ya fırıldaqçılıq əməliyyatlarını aşkar edən əməliyyatların monitorinqi mexanizminə sahib olmalıdır.

Eyni zamanda banklarda informasiya və kibertəhlükəsizliyin təmin olunması, dələduzluğa qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupları çərçivəsində davamlı iş aparılır, aidiyyəti hüquq mühafizə orqanlarının nümayəndələri cəlb olunmaqla müzakirələr təşkil olunur.

Bundan əlavə, bütün maliyyə institutları əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları, o cümlədən dələduzluqla bağlı halları aşkar etdikdə bu barədə məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim etməlidirlər. MMX şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirir, şübhəli halların müəyyən edilməsi, eləcə də risk qiymətləndirilməsinin aparılması məqsədilə taktiki və strateji təhlil metodlarından istifadə edir. Əgər aparılan təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətləri müəyyən edilərsə, bu barədə məlumat və sənədlər dərhal aidiyyəti cinayət təqibi orqanına təqdim edilir.

Mərkəzi Bank maliyyə institutularına münasibətdə apardığı yoxlamalar zamanı cinayət yolu ilə əldə edilmiş əmlakla bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları araşdırır və əgər müvafiq məlumat və sənədlərin MMX-yə göndərilmədiyini aşkar edərsə, dərhal onların həmin quruma təqdim edilməsini təmin edir, onların təqdim edilməməsinin səbəblərini araşdırır və onları təqdim etməyən maliyyə institutlarına qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri tətbiq edir.

"Mərkəzi Bank tərəfindən Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla ölkədə fəaliyyət göstərən banklarda və xarici bankların yerli filiallarında informasiya təhlükəsizliyinə dair minimum tələblər müəyyən edilib. Mərkəzi Bank tərəfindən bütün banklara bank xidmətlərinin istehlakçılarının dələduzluq hallarına qarşı ehtiyatlı olmaları, kart məlumatlarını heç bir halda üçüncü şəxslərə təqdim etməmələri üçün məlumatlılığın artırılması istiqamətində tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi göstərişi verilib"- AMB-dən əlavə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri