Icma.az
close
up
RU
Banklardan manatla kredit götürənlərə ŞAD XƏBƏR Mayın 15 nə qədər...

Banklardan manatla kredit götürənlərə ŞAD XƏBƏR Mayın 15 nə qədər...

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Maliyyə Nazirliyi banklarda depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün  xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib.  Fiskal qurum vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb. 

Maraqlıdır, bu banklarda faiz dərəcələrinin enməsinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov News24.az-a açıqlamasında bildirib ki, əgər bu proses davamlı xarakter alarsa, əmanət və kredit faizlərinin aşağı düşməsi ehtimalı güclənə bilər:

“Bu, həm maliyyə bazarında likvidliyin artırılmasına xidmət edir, həm də dövlətin passiv şəkildə saxladığı vəsaitlərin iqtisadi dövriyyəyə daxil olmasına şərait yaradır. Son illərdə büdcə icrası zamanı xəzinə qalığında böyük məbləğdə vəsait toplanırdı. Həmin vəsaitlərin heç bir halda istifadə olunmaması səmərəli yanaşma sayılmır. Onların depozit formasında banklara yönləndirilməsi, bir tərəfdən dövlət büdcəsinə gəlir gətirə bilər, digər tərəfdən isə bazarda müəyyən müsbət dəyişikliklərə səbəb ola bilər.”

Rəşad Həsənovun sözlərinə görə, bu addım nəticəsində bank sektorunda likvidlik artacaq və bu da əmanət faizlərinin bir qədər enməsi ilə nəticələnə bilər:

“2024-cü ilin əvvəlindən etibarən əmanət faizlərində artım müşahidə olunur. Lakin dövlətin vəsaitlərini banklara yerləşdirməsi bu artımı tənzimləyə, hətta müəyyən qədər azalda bilər. Əgər bu proses ardıcıl və uzunmüddətli xarakter daşısa, bu zaman təkcə əmanət deyil, eyni zamanda kredit faizlərində də azalma baş verə bilər.”

İqtisadçı vurğulayır ki, əsas şərt bu prosesin davamlı və məqsədyönlü şəkildə aparılmasıdır:

“Əgər Maliyyə Nazirliyi bu vəsaitləri stabil şəkildə banklarda saxlaya və idarə edə bilsə, bu, nəticə etibarilə həm vətəndaşlar, həm də biznes üçün daha əlverişli kredit şərtlərinin formalaşmasına səbəb ola bilər. Dövlətin maliyyə resurslarını iqtisadi dövriyyəyə cəlb etməsi, düzgün strateji yanaşma ilə müşayiət olunduğu halda, ölkənin maliyyə sektorunda dayanıqlı və müsbət dəyişikliklərə yol aça bilər".

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri