Icma.az
close
up
RU
Bankların kartdan karta məlumatını vergi orqanına ötürməsi qanunsuzdur Hüquqşünas

Bankların kartdan karta məlumatını vergi orqanına ötürməsi qanunsuzdur Hüquqşünas

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlar vergi orqanı sahibkarları “kartdan karta” əməliyyatlarına görə kütləvi cərimələyir. Məsələnin qısaca mahiyyəti budur ki, istehlakçı malın və ya xidmətin haqqını öz kartından sahibkarın qeyri-sahibkar kartına köçürür və təbii ki, bu halda kassa çeki vurulmur, nəticədə də sahibkar vergidən yayınır. Yəni burada pozuntunun mahiyyəti sırf “kartdan karta” deyil, çekin vurulmamasıdır.

"Unikal" xəbər verir ki, bunu bunu sosial şəbəkədə hüquqşünas Əkrəm Həsənov yazıb.

O bildirib ki, məlumatı vergi orqanına banklar ötürür ki, bu da qanunsuz hərəkətdir. 

"Müştərilərinin bank sirri rejimini kobud şəkildə pozaraq, satqınçılıq edərək. Xatırladıram ki, vergi orqanı yalnız sahibkar bank hesabları barədə məlumatı banklardan məhdudiyyətsiz əldə edə bilər. Qeyri-sahibkar hesabları, o cümlədən vətəndaşların kart hesabları barədə məlumatı isə vergi orqanı yalnız məhkəmə yolu ilə əldə edə bilər, amma bunun üçün də gərək əsas olsun və buna xeyli zaman və səy sərf etmək lazımdır. Buna görə də vergi orqanı bu məlumatı banklardan birbaşa alır, bununla da sahibkara vergi, cərimə və s. hesablayır. Savadlı sahbikar təbii ki, bundan qorxmur və vergi orqanını məhkəməyə verib onu uda bilər (üstəlik bank sirrini pozmuş bankı da məhkəməyə verib təzminat ala bilər). Çünki vəsaitin karta daxil olması hələ o demək deyil ki, köçürmənin təyinatı sahibkarlıqdır. Axı pulu kartımıza qohum, dost, tanışlar, bizə borc verən, yaxud borc qaytaranlar da edə bilər. Bunun əksini sübut etmək vergi orqanının vəzifəsdir. Təbii ki, hətta reallıqda “kartdan karta” malın və ya xidmətin ödənişi olubsa belə, amma istehlakçı şikayətçi deyilsə, vergi orqanı bunun əksini sübut edə bilməyəcək. Heç buna imkanı və vaxtı da yoxdur", - deyə hüquqşünas bildirib. 

Onun sözlərinə görə, bu cür qanunsuz halların baş verməsində sahibkarların öz hüquqlarını bilməməsi də az rol oynamır.

"Sahibkarların əksəriyyəti savadsız və qorxaq olduqları üçün dərhal əllərini yuxarı qaldırıb vergi orqanının tələbini yerinə yetirərək cəriməni ödəyirlər. Hətta pozuntu olmayan hallar üzrə (məsələn, hətta əgər köçürmənin təyinatı sahibkarlıq olmayıbsa: qohum-tanışdan pul gəlibsə). Bu, vergi orqanının müvəqqəti uğurudur. Çünki bundan sonra sahibkarlar sadəcə “kartdan karta” əməliyyatlarını etməyəcək və ya azaldacaqlar. Vergidən yayınmaq istədikdə isə ödənişi nağd şəkildə qəbul edəcəklər.

Digər tərəfdən, savadlı və tədbirli sahibkarlar vergi və bankların bu özbaşınalığına qanuni yolla da müqavimət göstərəcəklər. Qeyd etdiyim kimi, banklar bank sirrini pozduğuna görə sahibkara təzminat ödəməlidir. Vergi orqanı isə “kartdan karta”nın yayınma əməliyyatı olduğunu sübut etməlidir. Bunu etmək isə çox çətindir. Uzaqbaşı bir neçə əməliyyat üzrə sübut edə biləcək, buna görə də sahibkardan qəpik-quruş tuta biləcək. Amma xeyli vaxt sərf etmiş olacaq",- deyə Ə.Həsənov qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri