Icma.az
close
up
RU
Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir EKSPERT AÇIQLADI KONKRET

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir EKSPERT AÇIQLADI KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətini çəkir. Mütəxəssislər bildirirlər ki, kiçik ölçüsünə baxmayaraq, bu balıq insan orqanizmi üçün vacib olan vitaminlər, minerallar və faydalı yağ turşuları ilə zəngindir. Lakin kilkənin düzgün seçilməsi və hazırlanması onun sağlamlığa təsiri baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs kilkə balığının insan orqanizmi üçün hansı faydaları var? Onun müntəzəm istehlakı ürək-damar sisteminə, beyin fəaliyyətinə və immunitetə necə təsir göstərir? Kilkə digər balıqlardan nə ilə fərqlənir və hansı hallarda sağlamlıq üçün zərərli ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, kilkəyə marağın artmasının əsas səbəblərindən biri onun münasib qiymətə satılmasıdır.

Ekspertin sözlərinə görə, kilkə həm dəniz, həm də şirin su balıqlarının bir çox növləri ilə müqayisədə daha ucuzdur. Bu isə onu geniş istehlakçı kütləsi üçün əlçatan edir:

“Kilkəyə tələbatın artmasında ilk növbədə qiymət amili mühüm rol oynayır. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılması insanların bu məhsula üstünlük verməsinə səbəb olur. Lakin kilkənin əsas üstünlüyü təkcə ucuz olması deyil. Kiçik ölçüsünə baxmayaraq, o, yağlı balıqlar qrupuna daxildir və qida dəyəri baxımından kifayət qədər zəngindir”.

Ekspert bildirib ki, kilkə xüsusilə Omeqa-3 yağ turşuları, D və B12 vitaminləri, fosfor, yod, selen və digər faydalı maddələrlə seçilir.

“Əgər 100 qram bişmiş kilkənin qida tərkibini digər balıq növləri ilə müqayisə etsək, onun zülal, yağ, vitamin və mineral baxımından kifayət qədər dəyərli olduğunu görərik. Xüsusilə D vitamini, B12 vitamini, fosfor, yod və selen kimi maddələrin mövcudluğu bu balığın qida rasionunda əhəmiyyətini artırır. Əlbəttə, kilkənin bütün balıq növlərindən daha faydalı olduğunu söyləmək düzgün olmaz. Lakin onun kiçik ölçülü, yağlı və münasib qiymətli olması istehlakçılar üçün ciddi üstünlükdür”.

İlkin Şirinovun sözlərinə görə, kilkənin ən mühüm faydalarından biri ürək-damar sisteminin sağlamlığını dəstəkləməsidir.

“Bu balığın tərkibində Omeqa-3 yağ turşuları mövcuddur. Həmin yağ turşuları ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Omeqa-3 ilə zəngin balıqların balanslı qidalanma çərçivəsində müntəzəm istehlakı ürək sağlamlığı baxımından faydalı hesab olunur”.

Ekspert əlavə edib ki, kilkənin tərkibindəki faydalı yağ turşuları beyin və sinir sisteminin fəaliyyəti üçün də əhəmiyyətlidir.

“Kilkənin tərkibində beyin və sinir sisteminin normal fəaliyyəti üçün vacib olan yağ turşuları var. Bundan başqa, B12 vitamini də sinir sisteminin sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu baxımdan kilkə gündəlik qida rasionuna daxil edilə bilən faydalı məhsullardan biridir”.

Mütəxəssis kilkənin immun sisteminin normal fəaliyyətinin dəstəklənməsində də rol oynadığını vurğulayıb.

Onun sözlərinə görə, balığın tərkibində olan selen, sink, B12 vitamini və zülallar orqanizmin normal fəaliyyəti üçün zəruri qida maddələridir:

“İmmunitetin normal fəaliyyəti üçün orqanizmin müxtəlif vitamin və minerallara ehtiyacı var. Kilkədə selen, sink, B12 vitamini və zülal kimi maddələr mövcuddur. Bu maddələr immun sisteminin fəaliyyətinin dəstəklənməsində iştirak edir. Ona görə də kilkə balanslı qidalanmanın faydalı tərkib hissəsi ola bilər”.

Bununla belə, ekspert xəbərdarlıq edib ki, kilkənin faydalı olması onun həddindən artıq miqdarda istehlak edilməsinin düzgün olduğu anlamına gəlmir.

İlkin Şirinov xüsusilə duzlanmış, hisə verilmiş və çox yağda qızardılmış kilkənin tez-tez istehlakına diqqət çəkib:

“İnsanlar kilkəni çox vaxt duzlanmış, hisə verilmiş və yaxud bol yağda qızardılmış şəkildə yeyirlər. Burada əsas məsələ balığın özündən daha çox onun hazırlanma üsuludur. Duzlanmış məhsulların həddindən artıq istehlakı orqanizmə qəbul edilən natriumun miqdarını artırır. Bu isə xüsusilə yüksək qan təzyiqi olan insanlar üçün arzuolunmazdır. Eyni zamanda, balığın çox yağda qızardılması yeməyin kaloriliyini artırır. Belə qidaların davamlı və həddindən artıq istehlakı artıq çəki riskini yüksəldə bilər”.

Ekspertin fikrincə, kilkənin faydalarından daha yaxşı yararlanmaq üçün onun hazırlanma üsuluna diqqət yetirmək vacibdir.

Bəs kilkə alarkən onun təzə və keyfiyyətli olduğunu necə müəyyən etmək olar?

İlkin Şirinov bildirib ki, istehlakçılar ilk növbədə balığın xarici görünüşünü diqqətlə yoxlamalıdırlar.

“Balıq alarkən ilk diqqət yetirilməli məqamlardan biri gözlərinin vəziyyətidir. Təzə balığın gözləri adətən parlaq və aydın olur. Gözləri çökmüş, bulanıqlaşmış balıqları almaq məsləhət deyil. Kilkə ilə bağlı digər mühüm məqam onun bədən quruluşudur. Bu balıq kiçik və zərif olduğuna görə saxlanma şəraitindən asılı olaraq daha tez yumşala və parçalanmaya məruz qala bilər. Ona görə də kilkə alarkən onun bütövlüyünə və ətinin dağılmamasına diqqət edilməlidir”.

Mütəxəssis vurğulayıb ki, balığın saxlanma şəraiti də ən azı qida dəyəri qədər vacibdir. İstehlakçılar xoşagəlməz qoxusu olan, həddindən artıq yumşalmış və düzgün soyudulma şəraitində saxlanılmayan balıqları almaqdan çəkinməlidirlər.

“Kilkənin əsas üstünlüyü zəngin qida tərkibi ilə münasib qiymətinin birləşməsidir. İnsanlar daha az vəsait xərcləməklə faydalı yağ turşuları, vitaminlər, minerallar və zülallarla zəngin balıq əldə edə bilirlər. Lakin istənilən balıq məhsulunda olduğu kimi, kilkənin də keyfiyyəti, təzəliyi və düzgün hazırlanması əsas şərtlərdəndir”, – deyə İlkin Şirinov yekunlaşdırıb.

Beləliklə, kilkə münasib qiymətinə və qida dəyərinə görə gündəlik qidalanmada faydalı seçim ola bilər. Bununla belə, mütəxəssislər balığın etibarlı satış məntəqələrindən alınmasını, düzgün saxlanılmasını və mümkün qədər az duzla, az yağda hazırlanmasını tövsiyə edirlər.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri