Icma.az
close
up
RU
Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? Video

Barları şadlıq evlərinə köçürüblər, belə toy olar? Video

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakupost TV-də xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.

Axar.az xəbər verir ki, S.Rüstəmxanlı verilişdə müasir toyların təşkili, musiqi seçimi, gəlin və bəyin məclisdəki rolu, eləcə də şadlıq saraylarına verilən adlarla bağlı fikirlərini bölüşüb.

Xalq şairi toy məclislərində baş verən bəzi dəyişiklikləri mənəvi terror kimi qiymətləndirərək, milli adət-ənənələrdən uzaqlaşmanın yolverilməz olduğunu bildirib.

O, xüsusilə şadlıq evlərində musiqinin saatlarla fasiləsiz səsləndirilməsini və milli rəqslərin arxa plana keçməsini tənqid edib. Şairin sözlərinə görə, müasir toylar getdikcə diskotekaya çevrilir:

"Dörd-beş saat ara vermədən musiqi səslənir. Heç onun adı musiqi də deyil, diringidir. Və rəqslər də qəribədir. Azərbaycan rəqslərində kişilərimiz qol götürərdi, məğrur şəkildə "Qaytağı", "Ləzginka" oynayardı. Yaxud qadınlarımızın gözəl rəqsləri vardı. İndi toylarda bunların heç biri yoxdur.

Cavanlar istəyirdilər ki, yarım saatlıq da olsa, diskoteka havasında mahnılar olsun, Avropa sayağı atılıb-düşsünlər. Başa düşürəm. Amma indi bütün toyları bara çevirirlər. Bütün toylar diskotekaya çevrilir".

Şair gəlinlərin geyimi ilə bağlı da narazılığını ifadə edib. O, bəylərin toy mərasimində gəlinin uzun ətəyini yığmaq məcburiyyətində qalmasını qınayıb:

"Gəlinlə bəy gəlir, Allah xoşbəxt eləsin, ancaq, gəlinin sinəsi açıq olur. Məncə, gəlin bir az daha qapalı geyinə bilər. O qədər gözəl geyimlər var ki... Lakin mən maraqlandım, Bakıda gəlin paltarları satılan yerlər qəsdən o cür paltarlar tikirlər və camaat da normal gəlinlik tapa bilmir.

Ətək də üç metrə uzanır, yerlə sürünür. Bəy bəylik kürsüsündə əyləşməkdənsə, elə yolboyu gəlinin ətəyini yığmaqla məşğuldur. Birinci gündür, camaat içinə çıxıb, gəlinin yanında şax gəzməlidir. Bu ağadır, bu bəydir elə. Bu toyun sahibidir. Amma yox! Bəy əyilir, ancaq ətək toplaya-toplaya gəzir. Bu bəyi niyə sındırırsınız? Bəyi niyə bu ətəyin quluna çevirirsiniz? Bu geyimi normal tikin ki, gəlin normal gəzə bilsin.

Dəyişilə-dəyişilə, bütün yaxşı şeyləri - milli özəllikləri, milli gözəllikləri itirə-itirə gedirik. Amma hara gedirik?!".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri