Barsa dan 21 ci böyükhesablı qələbə komanda 2025 ci ildə uduzmur
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Barselona" 2025-ci ildə uduzmayıb.
İdman.biz xəbər verir ki, komanda keçirdiyi oyunlarda 19 qələbə qazanıb, 4 dəfə heç-heçə oynayıb.
Kataloniyalılar sonuncu dəfə ötən il dekabrında "Ateltiko"ya 1:2 hesabı ilə uduzublar. Hans-Diter Flikin yetirmələrinin növbəti qurbanı Çempionlar Liqasının 1/4 finalının ilk matçında "Borussiya" (Dortmund) olub. 4:0 hesabı ilə qalib gələn "Barselona" mövsümdə 21-ci böyükhesablı qələbəsinə imza atıb. Bundan əvvəl komandanın əldə etdiyi nəticələr: "Real" (4:0, 5:2), "Valensiya" (7:1, 5:0), "Sevilya" (5:1, 4:1), "Jirona" (4:1, 4:1), "Valyadolid" (7:0), "Vilyarreal" (5:1), "Yanq Boyz" (5:0), "Alaves" (3:0), "Bavariya" (4:1), "Srvena Zvezda" (5:2), "Brest" (3:0), "Malyorka" (5:1), "Barbastro" (4:0), "Betis" (5:1), "Real Sosyedad" (4:0) və "Osasuna" (3:0).
Qeyd edək ki, "Barsa" bu mövsümdə keçirdiyi 48 oyunda 145 qol vurub.
İdman.biz


