Barselona Futbol Klubunun Bakıda akademiyası açılır
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın "Barselona" Futbol Klubunun Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb.
Məlumata görə, akademiyanın yerləşəcəyi "ASK Arena"da təmir-bərpa, yenidənqurma işləri aparılır.
Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydannın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunur.
Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi də nəzərdə tutulur:
- Futbol meydanlarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi
- İdmançılar və klub heyəti üçün nəzərdə tutulmuş paltardəyişmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmir edilməsi
- Yuxarıda qeyd olunan otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb. Görüşdə Azərbaycanda “Barselona” Futbol Akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib. Martın 31-də isə Kataloniya təmsilçisinin rəsmiləri Bakıya səfər ediblər və "ASK Arena"ya baxış keçiriblər(report)
Bu mövzuda digər xəbərlər:Azərbaycanda “Barselona” klubunun akademiyası yaradılacaq
01 Mart 2025 11:09
Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun
17 Noyabr 2024 22:05
Azərbaycanın məşhur futbol klubunun Akademiyası BAĞLANDI
03 İyul 2025 18:33
“Barselona” Futbol Klubunun prezidenti Azərbaycana səfərə gəlib AZƏRTAC
16 Noyabr 2024 16:57
Barselona futbol klubunun nümayəndələri Bakıdakı stadionlara baxış keçiriblər
31 Mart 2025 13:48
Baxış sayı:59
Bu xəbər 09 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















