“Barselona” mövsümdə ilk məğlubiyyətini aldı Flik PSJ nin üstünlüyünü etiraf etdi
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ-yə 2:4 hesabı ilə uduzaraq mövsümdə ilk məğlubiyyətini alıb.
İdman.Biz AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik qarşılaşmadan sonra rəqibin üstünlüyünü etiraf edib.
“Bu, hər iki komanda üçün fantastik oyun idi. PSJ bizdən daha yaxşı olduğunu sübut etdi. Hansı nəticəni çıxara bilərəm? Onlar müdafiədən hücuma çox keyfiyyətli keçirlər. Bundan başqa, son 10 dəqiqədə fiziki cəhətdən əvvəlki kimi gümrah deyildik. Amma bu, bəhanə deyil. Bu oyuna hazırlığımız da ən yaxşı səviyyədə deyildi. Hər şeyi təhlil etməli və yaxşılaşdırmalıyıq”, - deyə Flik bildirib.
Qeyd edək ki, “Barselona” bu mövsüm La Liqada keçirdiyi doqquz oyunun hamısında qələbə qazanıb. Kataloniya təmsilçisi Çempionlar Liqasının ilk iki turunda da rəqiblərini məğlub edib.
Parisdə keçirilən görüşdə PSJ-nin qollarını Dezire Due (38), Luka Ernandes (72), Vitinya (81) və Fabian Ruis (86) vurublar. “Barselona”nın heyətində isə Xavi Espart (55) və Lamin Yamal (79) fərqləniblər.
Baxış sayı:203
Bu xəbər 21 Oktyabr 2026 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















