Barselona nın idman direktoru: Onların adlarının siyahıda olmaması böyük biabırçılıqdır
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın idman direktoru Deku kataloniya klubunun oyunçuları Pedri və Rafinyanın "Qızıl top"a (Ballon d'Or) namizədlər siyahısına daxil edilməməsinin səbəbini anlamadığını bildirib. Sport24.az xəbər verir ki, funksioner bu barədə RAC1-ə açıqlama verib:
"Pedri və Rafinyanın siyahıda olmaması mənim üçün tamamilə qəbuledilməzdir. Belə ədalətsizliklər olur. Pedrinin istedadını, Rafinyanın qolçuluq bacarığını nəzərə alsaq, onların adlarının siyahıda olmaması böyük biabırçılıqdır".
Portuqaliyalı direktorun fikrincə, bu il "Qızıl top"u Kataloniya təmsilçisinin vingeri Lamin Yamal qazanmalıdır.
Qeyd edək ki, nə Pedri, nə də Rafinya "France Football" tərəfindən dünyanın ən yaxşı oyunçusuna təqdim edilən mükafat uğrunda mübarizə aparacaq 30 nəfərlik siyahıya düşə bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Sentyabr 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















