Barselona UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İspaniya təmsilçisi "Barselona" UEFA Çempionlar Liqasında ardıcıl qol buraxdığı oyunların sayına görə klub antirekordunu yeniləyib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu, komandanın Fransada PSJ-yə uduzduğu (2:4) Liqa mərhələsinin III turunun matçında baş verib.
Kataloniya təmsilçisi Avropanın bir nömrəli klub turnirində ardıcıl 18 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib. Parisdəki görüşdə meydan sahiblərindən Dezire Due, Lukas Ernandes, Vitinya və Fabian Ruis fərqləniblər. İspaniya klubunun heyətində isə Xavi Espart və Lamin Yamal adlarını tabloya yazdırıblar.
Görüşdən öncə UEFA kataloniyalıların qitənin ən nüfuzlu klub turnirində ardıcıl 17 oyunda qol buraxdığını diqqətə çatdırmışdı. Bu statistik göstərici yalnız Çempionlar Liqası matçlarını əhatə edir.
Qeyd edək ki, "Barselona" Liqa mərhələsinin ilk iki turunda "Feyenoord"a (5:1) və "Qalatasaray"a (4:1) qalib gəlib. Komanda cari mövsümün üç matçında qapısında ümumilikdə 6 qol görüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 Oktyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















