“Barselona”dan Qavi açıqlaması
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Barselona” zədəli yarımmüdafiəçisi Qavinin durumu ilə bağlı açıqlama yayıb.
QOL.az xəbər verir ki, 21 yaşlı futbolçu İspaniya çempionatının 2-ci turunda “Elçe” ilə matçda (5:0) sağ dizindən zədə alıb. Mətbuatda ispaniyalı futbolçunun dizinin çarpaz bağlarının qopmasından şübhələnildiyi barədə xəbərlər yayılmışdı.
Lakin “Barselona”nın yaydığı açıqlamaya görə, Qavinin zədəsi ciddi deyil və futbolçunun dizində sadəcə əzilmə aşkarlanıb.
“Əsas komandanın futbolçusu Qavi dünənki matç zamanı sağ dizindən zərbə alıb. Bu səhər aparılan tibbi müayinələr göstərdi ki, bu, sadəcə əzilmədir. Onun yaxın zamanda məşqlərə qayıtması gözlənilir”, - deyə klubun mətbuat xidməti bildirib.
Qeyd edək ki, Qavi karyerasında daha əvvəl də ciddi diz zədəsi alıb. 2023-cü ildə ispaniyalı futbolçunun ön çarpaz bağı qopmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















