“Barselona”nın müvəqqəti baş məşqçisi məlum olub
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“El klassiko” zamanı “Barselona”nı Tyaqo Alkantara çalışdıracaq.
İdman.Biz bildirir ki, 10-cu turun “Real Madrid” – “Barselona” oyunu oktyabrın 26-da olacaq.
Hans-Diter Flik 9-cu turda “Jirona” ilə matçın sonunda narazılığına görə qırmızı vərəqə alıb. Onun apellyasiya etirazı nəticəsiz qalıb və diskvalifikasiya qüvvəsində qalır.
Amma klubun yeni planı var. İspaniya mətbuatı xəbər verir ki, “Real”la oyunda “blauqrana”nı Tyaqo Alkantara çalışdıracaq.
34 yaşlı Alkantara futbolçu kimi “Barselona”nın və İspaniya millisinin şərəfini qoruyub. O, ötən ildən “Barselona”nın məşqçilər korpusundadır.
Baxış sayı:59
Bu xəbər 22 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















