Baş Dövlət Yol Polisi İdarəsində Xocalı soyqırımı anılıb FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Baş idarə rəisi Xocalı soyqırımının heç zaman unudulmayacağını, həlak olanların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Tədbirdə Xocalı soyqırımının XX əsrin faciəsi kimi tarixə düşməsi, vandalizm aktına ilk dəfə Ulu Öndər tərəfindən hüquqi qiymət verilməsi, erməni barbarlığının dünyaya çatdırılmasında “Xocalıya Ədalət” kampaniyasının müstəsna rol oynaması, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun düşməndən layiqli qisas alması xüsusi vurğulanıb, qətliamın mahiyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Fevral 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















