Icma.az
close
up
RU
Baş Dövlət Yol Polisi sürücü və piyadalara çağırış etdi KONKRET

Baş Dövlət Yol Polisi sürücü və piyadalara çağırış etdi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

O bildirilib ki, son günlər, xüsusilə bayram öncəsi yollarda hərəkət intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur: “Təhlillər göstərir ki, belə qəzaların bir qismi sürücülərin diqqətsizliyi, digər qismi isə piyadaların məsuliyyətsiz davranışları səbəbindən baş verir.

Yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyət daşıdığı sahədir. Təəssüf ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının arasından qəfil yola çıxır, çoxzolaqlı və intensiv hərəkətin olduğu hissələrdən keçməyə çalışır, bəzən isə mobil telefondan istifadə edə-edə yolu keçir. Bu cür davranışlar insan həyatını birbaşa təhlükə altına qoyur”.

R.Tağıyev vurğulayıb ki, xüsusilə gecə saatlarında, məhdud görünmə şəraitində və sürətli hərəkətin müşahidə olunduğu ərazilərdə piyadanın qəfil hərəkət hissəsinə daxil olması faciə riskini daha da artırır: “Bəzi piyadalar düşünür ki, sürücü onları mütləq görəcək və vaxtında dayanacaq. Halbuki yüksək sürət, yolun vəziyyəti, hava şəraiti, qarşıdan gələn işıqlar və digər amillər nəqliyyat vasitəsinin dərhal saxlanılmasını hər zaman mümkün etmir.

Çoxzolaqlı yollarda vəziyyət daha təhlükəli xarakter alır. Bir zolaqda hərəkət edən nəqliyyat vasitəsi piyadaya yol verdiyi halda, digər zolaqda hərəkətdə olan sürücü piyadanı gec görə və ya ümumiyyətlə fərq etməyə bilər. Nəticədə bir neçə saniyə ərzində ağır və geri dönüşü olmayan faciələr baş verir. Təəssüf ki, son günlərdə qeydə alınan bəzi qəzalar məhz bu səbəbdən baş verib”.

“Digər tərəfdən, bəzi sürücülər yaşayış məntəqələrində, məktəblərin, ticarət obyektlərinin və insanların sıx hərəkət etdiyi ərazilərin yaxınlığında sürət həddinə əməl etmir, piyada keçidlərinə yaxınlaşarkən kifayət qədər diqqətli davranmırlar. Halbuki belə ərazilərdə hər an gözlənilməz vəziyyət yarana bilər.

Hər kəs yadda saxlamalıdır ki, təhlükəsizlik qarşılıqlı məsuliyyət tələb edir. Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.

Bir daha həm sürücüləri, həm də piyadaları diqqətli və məsuliyyətli olmağa çağırırıq. Heç bir tələskənlik, heç bir məsafə və heç bir bəhanə insan həyatından daha dəyərli deyil. Yol hərəkəti qaydalarına əməl etmək sadəcə qanuni tələb deyil, həyatın qorunmasının əsas şərtidir”, – o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 May 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri