Baş katib: Azərbaycan ŞƏT in fəal dialoq tərəfdaşıdır
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəal dialoq tərəfdaşlarıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu təşkilatın baş katibi Nurlan Yermekbayev "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər iki ölkə həm ümumi əməkdaşlıq çərçivəsində, həm də birgə tədbirlərin keçirilməsində fəal şəkildə qarşılıqlı əlaqədədir.
Azərbaycan və Ermənistanın təşkilatdakı statusunun yüksəldilməsi planlarından danışan N.Yermekbayev vurğulayıb ki, yeni ölkələrin qəbulu ilə bağlı qərarı bütün üzv dövlətlər konsensus yolu ilə qəbul edir. "Hazırda bütün mövcud müraciətlər ŞƏT-in üzvü olan dövlətlər tərəfindən nəzərdən keçirilir", - baş katib əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycan ŞƏT-in dialoq tərəfdaşıdır. Bununla yanaşı, ölkə təşkilatdakı statusunun müşahidəçi statusuna yüksəldilməsi üçün müraciət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















