Icma.az
close
up
RU
Baş katib: Voleybol üzrə Yüksək Liqada klub sayının artırılması istiqamətində müvafiq işlər görülür MÜSAHİBƏ

Baş katib: Voleybol üzrə Yüksək Liqada klub sayının artırılması istiqamətində müvafiq işlər görülür MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucovun AZƏRTAC-a müsahibəsi:

- Yeni mövsümdə komanda sayı artacaq? Artıq “DH Volley Baku” klubu yaradılıb. Kişilərdə və qadınlarda daha neçə kollektivin debütü gözlənilir?

- Yüksək Liqada iştirak edən klubların sayının artması çempionatın daha baxımlı olması ilə nəticələnir. Bu baxımdan komanda sayının artırılması istiqamətində müvafiq işlər görülür. Artıq qadınlardan ibarət “DH Volley Baku” komandasının çempionatda iştirakı rəsmiləşib. Yaxın zamanlarda yeni mövsümdə iştirak edəcək komanda sayı və digər məsələlərlə bağlı açıqlamalar ictimaiyyətə təqdim olunacaq.

- Növbəti il Azərbaycanı kişi və qadınlar arasında avrokuboklarda hansı komandalar təmsil edəcək? Konkret olaraq, hansı klublar Avropada oynamaqdan imtina edib?

- Bildiyiniz kimi, komandalar avrokuboklarda iştirakla bağlı federasiyaya iyun ayının ortalarına kimi müraciət edə bilərlər. Hazırda isə bununla bağlı bizə klublar tərəfindən müraciət daxil olmayıb.

- Kişilərdən ibarət milli komandanın hazırkı baş məşqçisi Fərid Cəlalov yeni yaradılan “DH Volley Baku” klubunun baş məşqçisi oldu. O, yığmadakı işinə də davam edəcəkmi?

- Kişi voleybolçulardan ibarət milli bu il Avropa Gümüş Liqasında mübarizə aparacaq. Milli komandamız Fərid Cəlalovun baş məşqçiliyi ilə artıq yarışa hazırlıqlara başlayıb.

- Qarşıda qadınları Avropa Qızıl Liqası, kişiləri isə Avropa Gümüş Liqası gözləyir…

- Qeyd etdiyim kimi, həm qadın, həm də kişilərdən ibarət milli komandalarımız hər iki turnir üçün hazırlıqlara başlayıblar. Məşqlərə gənc və perspektivli oyunçular da cəlb olunublar. Hazırlıq çərçivəsində yoxlama görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

- Bu turnirlərdə Azərbaycan yığmaları nəyə ümid edə bilər?

- Əlbəttə ki, yığmaların hədəfi yarışda yaxşı çıxış edib, növbəti mərhələlərə vəsiqə qazanmaq və ölkəmizi layiqincə təmsil etməkdir. Hər iki milli komandamıza uğurlar arzu edirik.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 May 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri