“Övlada hər zaman nəzarət etməlisən”
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Xalq artisti Mənsum İbrahimov ailə dəyərləri, övlad tərbiyəsi və valideyn məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, sənətçi “Valideyn saatı” layihəsində boş vaxtını ailəsi ilə keçirməyə üstünlük verdiyini bildirib. O, hüzur tapdığı yerin evi olduğunu vurğulayıb.
M. İbrahimov övladlarla daha çox vaxt keçirməyin vacibliyinə diqqət çəkib:
“Bir saat belə boş vaxtım olanda evimdə ailəmlə keçirirəm. Hüzur tapdığım yer evimdir. İnsan biləndə ki, evdə onu gözləyən var, evinə getməlidir. Övladlarınla nə qədər çox vaxt keçirsən, onlar sənin yolunu davam etdirəcəklər. Əks təqdirdə, küçədəkilərlə məşğul olacaqlar.
Ona görə də övlada hər zaman nəzarət lazımdır. Müəyyən bir yaş dövrü var, formalaşana qədər nəzarət etməlisən. Atam məni necə böyüdübsə, mən də övladımı elə böyüdürəm. Bir dəfə dedilər ki, övladımı sərbəst buraxmışam. Mən isə cavab verdim ki, atam məni necə böyüdübsə, mən də övladımı elə böyüdürəm. Atamın verdiyi tərbiyə sayəsində bu gün cəmiyyətdə belə hörmət qazanmışam”.
Baxış sayı:83
Bu xəbər 29 Noyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















