Icma.az
close
up
RU
Baş məşqçi: Uğurlu seriyanı “Neftçi” ilə oyunlarda da davam etdirmək niyyətindəyik

Baş məşqçi: Uğurlu seriyanı “Neftçi” ilə oyunlarda da davam etdirmək niyyətindəyik

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Dörd komanda yarımfinala yüksəlib. Liqanın ən güclü kollektivləri artıq finala vəsiqə uğrunda mübarizə aparacaq. Məncə, bu mərhələdə sürpriz nəticə qeydə alınmadı, gözlənilən komandalar yarımfinala adladı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Abşeron Lions” klubunun baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının bu gün start götürəcək yarımfinal mərhələsi barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis bildirib ki, komanda mövsümün əvvəlindən etibarən uğurlu çıxış etməyə və qələbələr qazanmağa çalışır: “Bu xətti “Neftçi” ilə oyunlarda da davam etdirmək niyyətindəyik. Hər iki komandada zədəli oyunçular var. Bundan əlavə, xırda zədələr və xəstəliklər də olur. “Sabah”ın vəziyyəti barədə isə tam məlumatım yoxdur. Son matçda əsas basketbolçulardan biri iştirak etməmişdi. Onun zədə səbəbindən, yoxsa istirahət məqsədilə heyətdən kənarda qaldığını dəqiq bilmirəm. Hər zamankı kimi meydançaya qələbə üçün çıxacağıq. Mövsümboyu bütün oyunlara qalib gəlmək məqsədilə hazırlaşmışıq. Rəqibin kimliyindən asılı olmayaraq, eyni prinsipə sadiq qalırıq. Finala yüksələ bilsək, bu, bizi çox sevindirər”.

E.Toker “Neftçi” ilə ilk görüşün əhəmiyyətini xüsusi vurğulayıb: “İlk oyun həm nəticə, həm də psixoloji üstünlük baxımından vacibdir. Bununla belə, ötən mövsümdə ilk görüşü uduzub seriyanı qazandığımız hallar da olub. Ümid edirəm ki, azarkeşlər maraqlı qarşılaşmalar izləyəcək və yarımfinal mərhələsi basketbolsevərlər üçün zövqlü, gərgin mübarizə ilə yadda qalacaq”.

Baş məşqçinin sözlərinə görə, iki qələbə qazanan komanda növbəti mərhələyə yüksələcək: “Bu baxımdan, seriya formatı kubok oyunlarından fərqlənir. Rəqib də ciddi hazırlaşır. “Neftçi”də baş məşqçi dəyişikliyi olub və hazırda komandaya Daviti Çivçivadze rəhbərlik edir. Onların yaxşı hazırlaşacağını düşünürəm. Qarşılaşmalarım taleyini əsasən meydandakı performans müəyyənləşdirir. Məşqçilər əvvəlcədən müxtəlif planlar hazırlayırlar. Lakin əsas məsələ oyunçuların meydanda buna necə reaksiya verməsidir. Həmin gün komandanın çıxışı həlledici rol oynayır. Yarımfinal və final mərhələləri daha gərgin keçir. Bu, basketbolun təbiətindən irəli gəlir. Oyunçular maksimum nəticə qazanmaq üçün əllərindən gələni edirlər. Qarşılaşmanın necə keçəcəyini maraqla gözləyirəm”.

“Abşeron Lions”dakı gələcəyindən də söz açan mütəxəssis müqaviləsinin mövsümün sonuna qədər qüvvədə olduğunu diqqətə çatdırıb: “Hazırda klubla aramızda heç bir problem yoxdur. Gələcəklə bağlı qərar mövsümün sonunda veriləcək. Bu, yalnız mənim istəyimdən asılı deyil, klub rəhbərliyinin mövqeyi də həlledici olacaq”.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyun günündə bu gün “Sabah” və “Gəncə” komandaları üz-üzə gələcək. Digər görüş isə aprelin 23-də “Abşeron Lions” və “Neftçi” arasında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri